Icma.az
close
up
RU
Xəzərdən Avropaya “yaşıl” axın

Xəzərdən Avropaya “yaşıl” axın

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “yaşıl” enerjiyə keçid strategiyası, reallaşdırılan layihələr ölkəmizin dünyadakı hərbi-siyasi, iqtisadi təlatümlər şəraitində qlobal investisiya layihələrini uğurla reallaşdırmasının parlaq ifadəsidir. İstifadəyə verilən su, külək və günəş elektrik stansiyaları istər ölkəmizin enerjiyə artan tələbatının ödənilməsi, istərsə də “yaşıl” enerjinin ixracı sahəsində imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Avropaya “yaşıl” enerji ixracı haqqında bəhs edərkən bir məqamı da xatırlatmaq yerinə düşər. Belə ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən bu yaxınlarda Mərkəzi Asiya ölkələrindən Avropaya “yaşıl” enerjinin ixracı layihəsi üzrə baş ofisi Bakıda yerləşməklə birgə müəssisə yaratmaq barədə razılığa gəlinib. Bu barədə məlumat Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında səsləndirilib.

AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadənin redaksiyamıza təqdim etdiyi materialda da bu barədə ətraflı bəhs edilir:

Azərbaycanın “yaşıl” enerji istehsalına başlamasından 20 ildən çox bir vaxt ötür. Prezident İlham Əliyev hakimiyyətə gəldikdən 1 il sonra, 2004-cü il oktyabrın 21-də qəbul edilən “Azərbaycan Respublikasında bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda müxtəlif tələbatçıların təmiz enerji ilə təchiz edilməsi prioritetlərdən biri kimi müəyyənləşdirilmişdi. Məhz həmin sənəddə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi məqsədilə bərpaolunan enerji mənbələri ilə bağlı zəruri enerji infrastrukturu formalaşdırılmağa başlandı.

Bu istiqamətdə səylər 2020-ci ildən sonra daha da gücləndirildi. Həmin vaxtdan etibarən Azərbaycan Böyük Britaniyanın BP, Fransanın Total Energies, Çexiyanın “A-Z Czech Engineering” kimi nüfuzlu şirkətləri ilə “yaşıl” enerji layihələrinin həyata keçirilməsi üçün müzakirələrə, sonrakı illərdə isə Səudiyyə Ərəbistanının nüfuzlu “ACWA Power”, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə əməkdaşlığa başlanıldı.

2021-ci ilin fevralında təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə Azərbaycanın təmiz ətraf mühit və “yaşıl” artım ölkəsinə çevrilməsi ilə bağlı xüsusi bənd daxil edildi. Ölkədə bərpaolunan enerji istehsalı potensialına malik 8 xüsusi ərazi müəyyənləşdirildi. Həmin ilin mayında Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl enerji zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamın icrası ilə bağlı görülən işlər respublikamızın bu sahəyə verdiyi önəmin göstəricisi kimi yüksək dəyərləndirildi.

Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında da “yaşıl” enerji zonası yaradılır. Bununla bağlı hədəflər “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təfsilatlı tədbirlər planında öz əksini tapır.

Muxtar respublikada “yaşıl” enerji zonasının yaradılması təkcə daxili enerji tələbatının ödənilməsinə hesablanmayıb. “Yaşıl” enerji istehsalı və onun Türkiyə Cümhuriyyəti ərazisi vasitəsi ilə Avropa bazarına çıxarılması baxımından Naxçıvan unikal imkanlara malik ərazi kimi yüksək dəyərləndirilib. Azərbaycanda 2023-cü ildə “SOCAR Green”in yaradılması barədə qərar qəbul edilməsi ilə günəş və külək enerjisi layihələrinə, “yaşıl” hidrogen istehsalına investisiyaların yatırılması daha da genişlənib.

Respublikamızda təmiz enerji istehsalının sürətləndirilməsi istiqamətində mühüm sənədlərdən biri 2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”dir. Sənəd Azərbaycanda istehsal olunacaq “yaşıl” enerjinin Avropaya ixracı ilə yanaşı, Qara dəniz sualtı elektrik xəttini çəkilməsini nəzərdə tutur. Burada həm də Orta Asiya mənşəli “yaşıl” enerjinin Azərbaycan üzərindən Avropaya ötürülməsi kimi vacib məsələ də var.

Yuxarıda qeyd edildiyi kimi, Prezident İlham Əliyevin müəllifi olduğu Avropaya “yaşıl” enerji xəttinin potensial iştirakçıları arasında Orta Asiyanın qardaş türk dövlətləri də yer alıb. 2023-cü ilin noyabrında Bakı, Daşkənd və Astana arasında “yaşıl” enerjinin Avropaya ixracı üçün müştərək müəssisənin yaradılması haqqında razılaşma əldə edilib. Məhz dövlətimizin başçısının məqsədyönlü siyasəti nəticəsində Gürcüstandan Rumıniyaya Qara dəniz vasitəsilə “yaşıl” enerjini çatdıracaq elektrik xətti əvvəlcə Xəzər dənizinin qərb sahilinə – Bakıya qədər, sonra isə Xəzər dənizinin şərq sahilinə –Qazaxıstana qədər genişləndirilməsi nəzərdə tutulub.

2024-cü ilin mayında Daşkənddə Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin inteqrasiyası sahəsində əməkdaşlıq memorandumu imzalanıb. Bu sənəd üç ölkənin “yaşıl” enerji istehsal etmək və onu Avropaya ixraca yönəltmək istiqamətində atdıqları ən mühüm addımlardan biri kimi qiymətləndirilib. Memorandumda Qazaxıstanda və Özbəkistanda istehsal edilən “yaşıl” enerjinin Azərbaycana ötürülməsi üçün Xəzər dənizinin dibi ilə və digər ölkələrin əraziləri vasitəsilə yüksək gərginlikli kabel xətlərinin çəkilməsi niyyətləri ifadə edilib.

Enerji sahəsində Özbəkistan və Avropa İttifaqı arasında əməkdaşlıq da son illərdə əhəmiyyətli dərəcədə genişlənməkdədir. Özbəkistanda istehsal olunan “yaşıl” enerjinin Avropa ölkələrinə ixracı üçün də ən əlverişli marşrut Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçir. Türkmənistanın və Qırğızıstanın da Avropa ölkələri ilə enerji sahəsində əlaqələrini inkişaf etdirəcəyi təqdirdə Cənubi Qafqaz marşrutuna ehtiyac yaranacağı istisna deyildir.

Enerji layihəsinin reallaşması Cənubi Qafqazın digər ölkələrinə də fayda gətirə bilər. Belə ki, Gürcüstan uzun illərdir ki, Azərbaycanın enerji resurslarının Avropaya ötürülməsi nəticəsində böyük iqtisadi faydalar əldə edir. İstisna deyildir ki, Azərbaycanın şərtlərini qəbul edəcəyi, türkofobiya xəstəliyindən sağalacağı təqdirdə uzun illər yürütdüyü işğal siyasəti səbəbindən regional layihələrdən kənarda qalan Ermənistan da Türk dünyası miqyasında “yaşıl” enerji ilə bağlı həyata keçirilən layihələrdən faydalana bilər. Azərbaycan, eyni zamanda, enerjinin alternativ ixrac marşrutlarından biri kimi Bakı–Qərbi Zəngəzur – Naxçıvan – Türkiyə – Avropa xəttini dəyərləndirə bilər. Lakin bu, yalnız Ermənistanın revanşist və işğalçı niyyətlərindən əl çəkməsi, enerji xətlərinin təhlükəsizliyi ilə bağlı üzərinə beynəlxalq öhdəliklər götürməsi şəraitində mümkündür.

Aparılan təhlillərdən aydın olur ki, türk inteqrasiya prosesinin “yaşıl” enerji ixracı məsələləri ilə əlaqələndirilməsi əvvəllər Türk Birliyini təhlükə olaraq görən bir çox qüvvələrin neytrallaşdırılmasını təmin edib. Hazırda Türkiyə və Azərbaycanın da iştirakı ilə türk inteqrasiyasına Avropa ölkələrinin demək olar ki, neytral yanaşması, bunu məqbul bir proses kimi görməsi həm də enerji maraqları ilə bağlıdır. Hesab edilir ki, türk dövlətlərinin enerji sistemlərinin inteqrasiyası Türküstan – Avropa enerji transferində maliyyə xərclərinin əhəmiyyətli dərəcədə azalmasına kömək edə bilər. “Qara dəniz elektrik xətti” layihəsi gerçəkliyə çevrildikcə Xəzər dənizinin sualtı kabelinin çəkilməsinə də maraq artır. Avropa üçün türk dövlətlərinin, o cümlədən Qazaxıstan və Özbəkistanın enerji infrastrukturuna sərmayə yatırılması daha cəlbedici olur.

Beləliklə, Prezident İlham Əliyevin irəli sürdüyü və bu gün gerçəkliyə çevrilməkdə olan Türk dünyasından Avropaya “yaşıl” enerji ixracı ideyası həm də türk inteqrasiyasını gücləndirir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın Azərbaycanla, Türkiyə ilə əlaqələri sıxlaşır. Türk amili ölkələr arasında əməkdaşlığın inkişafı üçün təbii əsası təşkil edir. Geosiyasi, iqtisadi və milli maraqların üst-üstə düşməsi isə inteqrasiya proseslərinin təbii əsaslarla inkişaf etməsinə şərait yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Noyabr 2024 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see751

Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar Çıxış yolu nədir?

25 İyul 2026 12:34see263

Lionel Messi MLS in bütün ulduzlarının heyətinə daxil edilməyib

26 İyul 2026 05:13see260

“Ukraynanın yeni taktikası Kreml üçün təhlükəli ola bilər“ “The Sun“

26 İyul 2026 12:42see257

Neft kəskin ucuzlaşdı

25 İyul 2026 09:40see211

“Yuventus” yoldaşlıq oyununda Standard”ı minimal hesabla məğlub edib

26 İyul 2026 00:33see209

Xalq artistinin Dream Fest obrazı maraq doğurdu Şeir, rəsm və moda…

25 İyul 2026 12:01see203

Neftçi nin qadınlardan ibarət komandası Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq

25 İyul 2026 13:12see189

Dəriyə qulluq vasitəsi alarkən yalnız reklam və ya brendə inanmayın

26 İyul 2026 06:24see184

Bank sistemini bu iki adam idarə edirdi… “Turanbank”la bağlı yeni çağırış

25 İyul 2026 09:53see168

Rusiya Mərkəzi Bankı ciddi problemlər barədə məlumat verir…

25 İyul 2026 19:53see167

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see163

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadır

25 İyul 2026 18:00see162

Borrel Okampo Karapetyan üçlüyü

25 İyul 2026 12:55see161

“Tramp heç bir aydın çıxış yolu və üfüq olmadan bataqlıqda ilişib... Qəzəblidir...” “The Wall Street Journal”

25 İyul 2026 07:47see157

İmmunitetinizi gücləndirəcək üç giləmeyvə

26 İyul 2026 03:20see156

FIFA Meksikada tarixi qalada ziyafət təşkil etdi: Prokurorluq araşdırmalara başladı

26 İyul 2026 07:15see156

Messi heyətdən çıxarıldı

26 İyul 2026 02:01see155

Kiyevdə hava hücumu xəbərdarlığı elan edildi

26 İyul 2026 01:52see154

İsrail Qəzzada üç HAMAS komandirinin öldürüldüyünü açıqlayıb

26 İyul 2026 00:24see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri