Icma.az
close
up
RU
Xəzəri Qara dənizə qovuşduran Azərbaycan Gürcüstan körpüsü

Xəzəri Qara dənizə qovuşduran Azərbaycan Gürcüstan körpüsü

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bu tandem Orta Dəhlizin fəaliyyətinə dinamizm gətirir

Gürcüstan Qara dənizə çıxışı, Avropa və Asiyanı birləşdirən əsas quru marşrutlarından birinin üzərində yerləşməsi, eləcə də çoxsaylı azad ticarət sazişləri sayəsində logistika, ticarət və investisiya baxımından cəlbedici platformaya çevrilir. Ölkənin Şərq–Qərb və Şimal–Cənub avtomobil magistrallarının yenidən qurulması, Anakliya dərin dəniz limanı layihəsi, dəmir yolu və avtomobil infrastrukturunun müasirləşdirilməsi də bu strategiyanın əsas elementləridir.

Rəsmi Tbilisi yaxşı anlayır ki, coğrafi mövqe yalnız o zaman üstünlüyə çevrilir ki, onu güclü infrastruktur, sabit siyasi mühit və beynəlxalq əməkdaşlıq tamamlasın. “Mərkəzi Asiya ölkələri, eləcə də qonşularımız – Azərbaycan, Ermənistan və Türkiyə ilə sıx əlaqələrimiz var və bu münasibətləri daha da inkişaf etdirmək istəyirik”, – deyə Baş nazir İrakli Kobaxidze Sinqapurda bildirib. Onun rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyəti Sinqapurda yüksək səviyyəli görüşlər keçirib.

Gürcüstanın regional hab kimi yüksəlişini isə Azərbaycanın rolundan ayrı təsəvvür etmək mümkün deyil. Əslində, Cənubi Qafqazın nəqliyyat və logistika potensialı iki ölkənin uzun illər ərzində həyata keçirdiyi ortaq layihələr hesabına formalaşıb. Azərbaycan regionun enerji və nəqliyyat təşəbbüslərinin əsas müəlliflərindən biri kimi yalnız öz iqtisadi maraqlarını deyil, bütövlükdə Cənubi Qafqazın qlobal ticarət sisteminə inteqrasiyasını təmin edən strateji layihələrə liderlik edib.

Bu gün Orta Dəhliz məhz Azərbaycanın təşəbbüsləri, Xəzər dənizində yaratdığı müasir liman infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Gürcüstan üzərindən Avropaya çıxış imkanları sayəsində dünyanın ən perspektivli ticarət marşrutlarından birinə çevrilir. Çinlə Avropa arasında yükdaşımaların artması fonunda bu marşrutun əhəmiyyəti hər il artır.

Azərbaycan burada yalnız tranzit ölkəsi funksiyasını yerinə yetirmir. Ölkə həm də Şərqlə Qərb arasında etibarlı tərəfdaş, logistika mərkəzi və regional əməkdaşlığın əsas təşəbbüskarı kimi çıxış edir. Ələt Azad İqtisadi Zonası, Bakı limanının genişləndirilməsi, dəmir yolu şəbəkəsinin modernləşdirilməsi və rəqəmsal gömrük xidmətlərinin tətbiqi Azərbaycanın tranzit imkanlarını keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu infrastruktur Gürcüstanın Qara dəniz limanları ilə birləşərək vahid logistika zənciri yaradır.

Məhz bu səbəbdən Gürcüstanın regional hab olmaq iddiası Azərbaycanın strateji mövqeyini zəiflətmir, əksinə, onu daha da möhkəmləndirir. Çünki regionun rəqabət üstünlüyü ayrı-ayrı ölkələrin deyil, qarşılıqlı inteqrasiya olunmuş nəqliyyat sisteminin üzərində qurulub. Azərbaycanın Xəzər qapısı, Gürcüstanın isə Qara dəniz qapısı kimi çıxış etməsi Avrasiya ticarətində yeni iqtisadi ox formalaşdırır.

Son illər Mərkəzi Asiya ölkələrinin də Orta Dəhlizə artan marağı, Avropa İttifaqının alternativ nəqliyyat marşrutlarına investisiya yatırmaq niyyəti və Çinlə Avropa arasında daşımaların şaxələndirilməsi istiqamətində görülən işlər göstərir ki, bu marşrut yaxın onilliklərdə daha böyük əhəmiyyət qazanacaq. Bu isə Azərbaycan və Gürcüstan arasında koordinasiyanın dərinləşdirilməsini zəruri edir.

Şübhəsiz ki, iki ölkə arasında siyasi etimadın yüksək səviyyədə olması, enerji, nəqliyyat və ticarət sahələrində uzunmüddətli tərəfdaşlıq regional layihələrin uğurunu təmin edir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr artıq sübut edib ki, Azərbaycan və Gürcüstan birlikdə hərəkət etdikdə yalnız öz iqtisadiyyatlarını deyil, bütövlükdə Avrasiya məkanının nəqliyyat və enerji təhlükəsizliyini gücləndirirlər.

Bu gün Gürcüstan regional hab olmaq hədəfini açıq şəkildə bəyan edirsə, bunun reallaşmasının əsas dayaqlarından biri Azərbaycandır. Onunla qurulmuş strateji tərəfdaşlıqdır. Azərbaycanın iqtisadi gücü, nəqliyyat infrastrukturu, Xəzər hövzəsindəki imkanları və təşəbbüskar siyasəti olmadan Cənubi Qafqazın qlobal logistika xəritəsində indiki mövqeyə yüksəlməsi mümkün olmazdı.

Mövcud geosiyasi şərait göstərir ki, Orta Dəhliz artıq sadəcə alternativ marşrut deyil. O, Avrasiyanın iqtisadi təhlükəsizliyinin əsas elementlərindən birinə çevrilməkdədir.

Mövzu ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev bildirib ki, bu gün qeyri-müəyyənliklərlə dolu dünyada şaxələndirilmiş nəqliyyat marşrutları artıq, sadəcə, iqtisadi üstünlük deyil, strateji zərurətdir: “Orta Dəhliz yalnız yüklərin bir nöqtədən digərinə daşınmasından ibarət deyil. O, həm də infrastrukturun inkişafını, gömrük prosedurlarının rəqəmsallaşdırılmasını və ticarətin daha sürətli və səmərəli həyata keçirilməsini nəzərdə tutur. Xəzər regionu və Mərkəzi Asiya ölkələri birlikdə daha güclü və daha inteqrasiya olunmuş Şərq–Qərb ticarət şəbəkəsinin qurulması istiqamətində əməkdaşlıq edirlər”.

F.Şəfiyevin sözlərinə görə, layihə iqtisadi üstünlüklərlə yanaşı, regional əməkdaşlığın, qarşılıqlı etimadın və uzunmüddətli sabitliyin möhkəmlənməsinə xidmət edəcək. O bildirib ki, Azərbaycan regional əməkdaşlığın yeni formatlarını da təşviq edir: “Bu təşəbbüslər göstərir ki, region ölkələri praktiki əməkdaşlıq vasitəsilə öz gələcəklərinin formalaşdırılmasında getdikcə daha böyük məsuliyyət götürürlər”.

Onun sözlərinə görə, gələcək əməkdaşlıq baxımından əsas imkanlardan biri məhz nəqliyyat bağlantılarının inkişafıdır. Bağlantılar Azərbaycan və Gürcüstanı Avropa ilə Asiyanı birləşdirən strateji tərəfdaşlara çevirir.

Bu baxımdan Anakliya dərin dəniz limanı da xüsusi strateji əhəmiyyət daşıyır. Layihənin həyata keçirilməsi Qara dəniz istiqamətində yeni imkanlar yaradaraq yük axınlarının artmasına və Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edəcək. Limanın inkişafı, eyni zamanda, Azərbaycan–Gürcüstan nəqliyyat əməkdaşlığının yeni mərhələsinə zəmin yaradacaq. BMTM-in aparıcı məsləhətçisi Nəsibə Mirzəyevanın fikrincə, Anakliya limanının dərin su imkanları iri gəmilərin qəbuluna və daha böyük həcmdə yüklərin emalına şərait yaradacaq. Bu isə Gürcüstanın tranzit imkanlarını genişləndirməklə yanaşı, Orta Dəhlizin ümumi potensialını artıracaq.

Azərbaycan şirkətlərinin və logistika qurumlarının bu prosesdə iştirakı Bakı–Tbilisi strateji tərəfdaşlığını gücləndirə bilər. Azərbaycan və Gürcüstan bu əməkdaşlıqda rəqib deyil, əksinə, nəqliyyat və logistika imkanlarını birləşdirən, bir-birini tamamlayan strateji tərəfdaşlardır.

Beləliklə, Azərbaycanın Xəzər hövzəsində formalaşdırdığı nəqliyyat imkanları ilə Gürcüstanın Qara dəniz çıxışının birləşməsi hər iki ölkənin regional hab rolunu möhkəmləndirir və Cənubi Qafqazın Avropa ilə Asiya arasında mühüm logistika körpüsünə çevrilməsinə imkan yaradır. Tranzit potensialından səmərəli istifadə isə iqtisadi inkişafı sürətləndirərək yeni investisiya və ticarət imkanları formalaşdırır.

Yeni reallıqda Azərbaycan və Gürcüstanın rəqib deyil, bir-birini tamamlayan strateji tərəfdaş olduğunu ortaya qoyur. Regionun gələcək inkişafı bu əməkdaşlığın dərinləşdirilməsindən, nəqliyyat layihələrinin uğurla həyata keçirilməsindən və vahid logistika məkanının formalaşdırılmasından asılıdır.

Əslində, Cənubi Qafqazın dünya ticarətində artan rolu göstərir ki, gələcəyin mühüm iqtisadi yollarından biri Bakı və Tbilisidən keçir. Azərbaycanın strateji nəqliyyat imkanları və Gürcüstanın tranzit potensialı regionu qlobal logistikanın mühüm mərkəzlərindən birinə çevirmək gücünü artırır.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyul 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see231

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see230

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see228

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see228

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see225

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see223

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see214

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see202

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see201

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see197

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see191

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see188

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see188

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see187

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see186

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see184

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see183

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see181

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see178

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri