Icma.az
close
up
RU
Xəzərin çəkilməsinin müsbət faydası var ki, süni torpaq sahələri əmələ gəlir Deputat

Xəzərin çəkilməsinin müsbət faydası var ki, süni torpaq sahələri əmələ gəlir Deputat

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu gün Azərbaycanın qarşısında duran ən böyük problemlərdən biri Xəzər dənizinin suyunun çəkilməsi ilə bağlıdır”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bunun müsbət faydası var ki, süni torpaq sahələri əmələ gəlir: "Bundan da səmərəli istifadə etmək imkanı yaranır. Amma bizə Xəzər dəniz kimi lazımdır. Gözümüzün qarşısında Urmiya faciəsi durur. Düşünməməliyik ki, bu faciə Xəzərə öz təsirini göstərməyəcək. Hesab edirəm ki, bölgə dövlətləri ilə bu məsələni ən vacib strateji kurs olaraq götürməli, səylərimizi artırmalıyıq. Böyük ekologi fəlakətlə üz-üzəyik".

Deputat qeyd edib ki, Xəzərin geri çəkilməsi ilə yanaşı, onunla eyni əhəmiyyətdə olan təhsilimizin geri çəkilməsi ilə bağlı problemlər də var:

"Bu da bizi narahat etməlidir. Bugünlərdə bir qərar qəbul olundu ki, lisey və gimnaziyalara 4-5-7-ci siniflər üçün imtahanlar ləğv olunur. Yüzlərlə uşaq lisey və gimnaziyalara daxil olmağa hazırlaşırdı. Bu qərar 7-8 ay əvvəl qəbul olunsaydı narahatçılıq yaratmazdı. Hər kəs öz gəlcəyi ilə bağlı məsələni müzakirə edə bilərdi. Lakin imtahana bir neçə müddət qalmış bu ləğv olunma onu göstərir ki, təhsil strategiyası ilə bağlı məsələyə ciddi yanaşmalıyıq. İctimai etirazlardan sonra Nazirlik bu məsələdə geri çəkildi və qərarı ləğv etdi. Bu cür ekspermentlərlə təhsilin bu vəziyyətə salınması arzuolunan məsələ deyil. Bu məsələdə ciddiliyi artırmalıyıq. Hətta indiki rəhbərlik səviyyəsində qeyd olunur ki, indiki səhvlər 20 il əvvəlki rəhbərliyin səhvləridir. İndi 20 il sonra təhsil tam sıradan çıxandan sonra başqa biri də deyəcək ki, 20 il öncəki səhvlərdir. Bu məsələ üzərində ciddi islahatlar aparmalıyıq”.

Anar Kəlbiyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 May 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see237

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see226

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see126

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri