Icma.az
close
up
RU
Xəzərin daha bir sirri bilindi: dəniz çəkilir, üzə çıxanlar heyrətləndirir VİDEO

Xəzərin daha bir sirri bilindi: dəniz çəkilir, üzə çıxanlar heyrətləndirir VİDEO

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lənkəranda Xəzər dənizi ilə bağlı yaranan mənzərə müzakirələrə səbəb olub. Belə ki, dəniz suyunun çəkilməsi nəticəsində geniş meşə zolağının qalıqları üzə çıxıb. Məlumata görə, ərazi vaxtilə palıd meşəsi olub, lakin Xəzərin səviyyəsi yüksəldiyindən həmin sahə su altında qalıb.

Maraqlıdır, hazırda təhlükə kimi izlədiyimiz Xəzərin geri çəkilmə prosesi əslində özünün təbii sərhədlərinə qayıtmasıdır?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, Xəzər dənizinin tarixi dövrlərdə heç vaxt stabil sərhədləri olmayıb:

“O “rəqs edən” bir su hövzəsidir. Son illər səviyyəsi hər il təxminən 20 sm azalır. 1930–1977-ci illərdə 3 metr enib, 1978–1995-ci illərdə isə 2,5 metr yüksəlib. 1996-cı ildən yenidən enmə prosesi davam edir. Proqnozlara əsasən, 2090-cı ilədək səviyyənin 10–20 metr azalması mümkündür. Bu isə İpək yolu və regiondakı digər nəqliyyat-logistika layihələri üçün risklər yarada bilər. Xəzərin belə dəyişkənliyi onun dünya okeanı ilə əlaqəsinin olmaması və həcmcə nisbətən kiçik su hövzəsi olması ilə bağlıdır. Qlobal və regional iqlim dəyişiklikləri su balansına birbaşa təsir göstərir”.

Ekoloq qeyd edib ki, Xəzərin səviyyəsində davam edən enmə bir sıra problemlər yarada bilər:

“Azərbaycanın quru ərazisinin genişlənməsi ehtimalı var. Bu isə liman infrastrukturunun, sahilyanı yaşayış məntəqələrinin və sənaye obyektlərinin fəaliyyətinə təsir göstərə bilər. Mikroiqlim dəyişiklikləri, ekoloji və iqlim riskləri də mümkündür. Yağıntıların bölgə üzrə paylanmasına müəyyən təsirlər istisna olunmur.

İqtisadiyyatın müxtəlif sahələri – gəmiçilik, balıqçılıq, turizm və digər sahilyanı fəaliyyət növləri də bu prosesdən təsirlənə bilər. Buna görə də ölkə olaraq belə dəyişikliklərə hazır olmaq vacibdir”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Noyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri