Icma.az
close
up
RU
Xəzərin suyu niyə çəkilir? SƏBƏBLƏR AÇIQLANDI

Xəzərin suyu niyə çəkilir? SƏBƏBLƏR AÇIQLANDI

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Xəzər dənizi son illərdə görünməz bir təhlükə ilə üz-üzədir: suyun səviyyəsi sürətlə azalır.

Sahillərdəki kəndlər, limanlar və ekosistemlər bir zamanlar dənizin qucağında idi, indi isə su çəkildikcə bu yerlər özünü itirir kimi görünür. Bu dəyişiklik yalnız təbii amillərlə bağlı deyil; insan fəaliyyəti, çaylarda su anbarlarının tikilməsi və suyun intensiv istifadəsi də bu problemi dərinləşdirir.

Belə bir vəziyyət regionun ekologiyasına və iqtisadi həyatına uzunmüddətli təsirlər göstərə biləcək bir xəbərdarlıq kimi qəbul edilməlidir.

Mövzu ilə bağlı Bakıvatı.az-a açıqlama verən akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru Zaur İmrani bildirib ki, Xəzər dənizində su səviyyəsinin azalması bir neçə əsas səbəblə izah olunur. Əvvəlcə iqlim dəyişikliyi Xəzər dənizinin səviyyəsinə ciddi təsir göstərir: 

"Havanın istiləşməsi və buxarlanmanın artması dəniz səviyyəsinin aşağı düşməsinə səbəb olur. Eyni zamanda, xüsusilə Xəzəri qidalandıran hövzələrdə yağıntıların azalması müşahidə edilir. Çaylar isə Xəzər dənizinin su balansını qoruyan əsas təbii amillərdən biridir".

Müsahibimiz əlavə edib ki, təbii səbəblərlə yanaşı, insan fəaliyyətinin də rolunu nəzərə almaq vacibdir. Xəzərə daxil olan suyun təxminən  80–85%-i Volqa çayının payına düşür. Lakin son onilliklərdə Volqa və digər çaylarda su anbarları və bəndlərin tikintisi, eləcə də çay sularının suvarma və sənaye məqsədləri üçün intensiv istifadəsi, dənizə çatacaq suyun azalmasına səbəb olur.

Zaur İmrani:  Xəzər dənizində bu proses periodik olaraq baş verib və davam etməkdədir

"Qeyd etmək lazımdır ki, Xəzər dənizinin səviyyəsi tarix boyunca həm yüksəlib, həm də enib. Lakin son onilliklərdəki azalmanın tempi əvvəlkilərdən daha sürətlidir və bu, əsasən insan təsərrüfat fəaliyyətinin nəticəsidir. Alimlər hesab edirlər ki, əgər bu vəziyyət davam edərsə, sahilyanı ekosistemlər, balıqçılıq və liman infrastrukturu ciddi təhlükə ilə üzləşə bilər",- Z.İmrani diqqətə çatdırıb.

Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin azalmasının qarşısının alınması üçün hazırda Xəzəryanı dövlətlər müvafiq tədbirlər həyata keçirirlər. Lakin bu tədbirlər su kütləsinin intensiv azalmasına hələlik ciddi təsir göstərə bilmir. Çünki azalmanın bir neçə səbəbi vardır və onlar kompleks şəkildə həll olunmalıdır:

"Bundan əlavə, Xəzər dənizində bu proses periodik olaraq baş verib və davam etməkdədir. Buna görə də, vəziyyəti kritik hesab etmək düzgün olmaz. Tarixi məlumatlara görə, Xəzərin səviyyəsi keçmişdə bu səviyyədən də aşağı olub. Sadəcə, suyun azalmasının qarşısını almaq üçün alternativ yollar axtarmaq vacibdir. İnanırıq ki, yaxın 10–15 il ərzində Xəzər dənizinin səviyyəsi yenidən tənzimlənəcək. Bunun üçün isə antropogen təsirlərin həcmini və miqyasını azaltmaq zəruridir".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:349
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Yanvar 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri