Icma.az
close
up
RU
Xəzərin dibindən yeni qaz ehtiyatı tapıldı: Kimlərə satılacaq? AÇIQLAMA

Xəzərin dibindən yeni qaz ehtiyatı tapıldı: Kimlərə satılacaq? AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda həyata keçirilən qazma əməliyyatları strateji əhəmiyyətli yeniliklə nəticələnib. “Qərbi Çıraq” platforması vasitəsilə qazılan yeni quyu nəticəsində yatağın dərin qatlarında əvvəllər məlum olmayan sərbəst qaz layları aşkar edilib. bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr vitse-prezidenti Bəxtiyar Aslanbəyli məsələnin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, əldə olunan nəticələr AÇG blokunda mövcud sərbəst təbii qaz ehtiyatlarının gələcək işlənməsi baxımından tərəfdaşlar üçün olduqca qiymətli məlumatlar təqdim edib. Bu kəşf blokun gələcək istismar müddətini və iqtisadi səmərəliliyini daha da artıra bilər.
Enerji məsələləri üzrə ekspert, Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bu yeniliyin ölkə iqtisadiyyatına və enerji strategiyasına ciddi dividendlər gətirəcəyini proqnozlaşdırır. Ekspertin fikrincə, tapılan yeni ehtiyatlar daxili tələbatdan çox, birbaşa beynəlxalq enerji təhlükəsizliyinə xidmət edəcək. İlham Şaban Demokrat.az-a bildirib ki, bunun müsbət təsir imkanları olacaq:
“İlk növbədə, əmtəəlik qaz hasilatında artım müşahidə ediləcək. Digər tərəfdən, AÇG yataqlarından hasil olunacaq təbii qazın əsasən xarici bazarlara çıxarılması nəzərdə tutulur. Bu da öz növbəsində Azərbaycanın ümumi qaz ixrac həcminin artmasına və ölkənin ixrac potensialının güclənməsinə əlavə töhfə verəcək. Həmin qaz ölkə daxilində satılmayacaq”.
Bu kəşf Azərbaycanın Avropanın enerji xəritəsindəki rolunu daha da möhkəmləndirir. AÇG-nin əsasən neft yatağı kimi tanınmasına baxmayaraq, dərin qatlardakı sərbəst qaz ehtiyatlarının hasilata cəlb olunması ölkənin ümumi qaz hasilatı zəncirində "Şahdəniz" layihəsindən sonra ikinci ən mühüm mənbəyə çevrilə bilər. Hazırda mütəxəssislər yeni aşkar olunmuş layların həcmini və texniki göstəricilərini dəqiqləşdirmək üçün analizlərini davam etdirirlər.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Fevral 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri