Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Əfv sərəncamı kimlərə şamil olunacaq? AÇIQLAMA

Əfv sərəncamı kimlərə şamil olunacaq? AÇIQLAMA

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, əfv sərəncamının imzalanacağı tarix açıqlanıb.  Bildirilib ki, sərəncamın may ayında imzalanması nəzərdə tutulub.

Maraqlıdır, əfv sərəncamı kimlərə şamil oluna bilər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, proses zamanı 24 göstərici üzrə qiymətləndirmə aparılır.

Ə.Nuriyev qeyd edib ki, əfv prezidentin səlahiyyətinə aid olan humanist və hüquqi institutdur, həmçinin, konkret siyasi, ictimai və hüquqi kontekstdə formalaşır:

“Əfvin kimə şamil olunacağı bir neçə meyara əsasən seçilir. İlk növbədə, şəxsin yaşı və sağlamlıq vəziyyəti, xəstəliyi və əlilliyinin olub-olmamasına baxılır. Bundan başqa, cinayətin xarakteri və cəzanın çəkilmə müddəti nəzərə alınır. Cinayət işinin təhlükəli və ya ağır olması diqqətlə müzakirə olunur. Həmin şəxsin əvvəllər cinayət törədib-törətmədiyi, məhkumluq müddətində məhkumun davranışı, özünü necə aparması, müəssisənin bununla bağlı xarakteristikası, həmçinin bir sıra sosial və humanitar meyarlar da əsas götürülür. Məhkumun yetkinlik yaşına çatıb-çatmaması da diqqətə alınan məsələlərdən biridir. Ailə üzvlərinin müraciətləri də dəyərləndirilir. Bu, ailənin şəxsi yenidən qəbul etməyə hazır olduğunu da göstərir. Uzun illərdir ki, zərərçəkmiş şəxsin mövqeyi də soruşulur, amma kontekstdə qiymətləndirilir. Ümumiyyətlə, istənilən əfv müraciətləri və vəsatətləri komissiya tərəfindən geniş, hərtərəfli müzakirə olunur. Bütün sadaladığımız meyarlar diqqətlə ölçülüb biçilir. Eyni zamanda, həmin şəxslə bağlı cəmiyyətin, dövlətin, zərərçəkmiş şəxsin mövqeyi diqqətə alınır. Bunlar arasında ortaq bir nöqtə tapılıb balanslı yanaşma tətbiq edilir”. 

Komissiya üzvünün sözlərinə görə, bəzi məhkumlar xüsusi kateqoriyaya aiddir. Bunlar Qarabağ müharibəsi iştirakçısı, şəhid ailəsinin üzvü, eləcə də Azərbaycan üçün əhəmiyyətli fəaliyyətlər göstərmiş şəxslərin ailə üzvləri ola bilər.

Əfv hüququnun olmamasını iddia edən şəxslərə cavab verən Əliməmməd Nuriyev əfvin ədalət və mərhəmətin qovuşduğu bir məqam olduğunu vurğulayıb:

“Ədalətlilik məsələsi ilk növbədə məhkəmə müəyyənləşdirilir. Təbii ki, bütün hallarda məhkəmə cinayət hüququnun, cinayət prosesinin əsas prinsipi ədalətli olmasıdır. Əfv institutu isə mərhəmət institutu, humanizm institutudur. Ona görə də əfv hüququ həm də dövlətin məhkum ilə dialoqunun nəticəsidir. Bu, ikinci bir şans imkanıdır. Bəzi hallarda fikirləşirlər ki, əfv hüququ olmamalıdır. Bunlar hamısı sadəcə olaraq demaqogiya xarakteri daşıyan fikirlərdir. Əfv İnstitutunun Konstitusiyaya daxil edilməsi məhz Ulu öndərin birbaşa tövsiyəsinin nəticəsi olmuşdur. Dövlət bir tərəfdən cəzalandıran, bir tərəfdən də bağışlayandır. Dünyada nə yaranıbsa, hamısı Allahın yaratdıqlarıdır. Əgər Allah bağışlayandırsa, Allahın yaratdığını niyə bağışlamayaq?

Cənab prezidentin də fəaliyyətinin əsas prinsipləri, mərhəmət prinsipi, humanizm prinsipidir və ədalətlilik prinsipidir. Ona görə də prezident tərəfindən sərəncamlar həmişə cəmiyyət tərəfindən mütləq qaydada pozitiv qarşılanır, alqışlanılır. Bu sayədə yüzlərlə, minlərlə ailə sevinir. Bu çox böyük bir məsuliyyət, həm də ölkə vətəndaşına insan mərkəzli yanaşmanın nəticəsidir. Ona görə hesab edirəm ki, Azərbaycan Konstitusiyasında Əfv İnstitutunun mövcud olması Azərbaycan dövlətinin hüquqi təbiətini müəyyənləşdirən, humanist təbiətini göstərən bir nümunədir. Azərbaycanda Əfv İnstitutunun mütəmadi olaraq tətbiq olunması da cəmiyyət tərəfindən hər zaman pozitiv qarşılanmışdır və qarşılanmaqda davam edir. Çünki əfv nəticəsində həm insanlara yeni şans verilir, həm də mərhəmət, humanizm, ədalət öz yerini tapır”. 

Ə.Nuriyev nəzərə çatdırıb ki, bəlkə də beş mindən birində əfv olunan şəxs yenidən cinayət edə bilir. Bu da onu göstərir ki, Əfv Komissiyası da öz işinə çox məsuliyyətlə yanaşır və prezidentin Əfv Komisiyyasının üzvlərinə verdiyi etimadı doğrultmağa çalışır.  

Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:356
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Aprel 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri