Icma.az
close
up
RU
“Xəzərin qoruyucuları: mayaklar və xalçalar” adlı sərgi keçirilir Fotolar

“Xəzərin qoruyucuları: mayaklar və xalçalar” adlı sərgi keçirilir Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il 11-22 noyabr tarixlərində  Azərbaycanda keçiriləcək. Məhz belə mötəbər tədbir zamanı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) və “Azərxalça” ASC-nin noyabrın 5-dən etibarən ilin sonuna kimi şəhərimizə gələn xarici qonaqlar və yerli sakinlər üçün həm Xəzər dənizi tarixinin, həm Azərbaycan xalçaçılıq sənətinin incə nümunələrini özündə birləşdirən ortaq layihəsi “Xəzərin qoruyucuları: mayaklar və xalçalar” sərgisini təqdim edəcək.

“Qafqazinfo” xəbər verir ki, sərgi Bakı Limanının mədəniyyət mərkəzi sayılan Dəniz Vağzalında keçirilir.

Kolleksiyaya Bakı Limanının xüsusi sifarişi ilə bu tədbir üçün “Azərxalça” ASC-nin Xaçmaz emalatxanasında toxunmuş Xəzərin sahilindəki 8 mayakı əks etdirən “Amburan”, “Abşeron”, “Şüvəlan”, “Çilov”, “Nargin (Böyük Zirə)”, “Lənkəran”, “Səngi Muğan”, “Kür dili” kimi xalçalar aiddir. Eyni zamanda “Azərxalça” ASC-yə aid 3 xalça – “Çələbi”, “Çələbi Bərdə” və “Qasımuşağı” xalçaları da iştirakçılara təqdim ediləcək.

Sərgi həm xalçaçılıq sənətinin, həm də Xəzər sahillərində tarix və irs işığı olan mayakların qorunmasının vacibliyini ön plana çıxarır, izləyicilərə mədəniyyət və tariximizin bu iki mühüm aspekti arasında möhkəm əlaqəni hiss etdirməyə çalışır.

Sərgidə xalçalarla yanaşı, Azərbaycan dənizçilik tarixini əks etdirən və Bakı Limanına aid eksponatlar da öz yerini alır.

“Xəzərin qoruyucuları: Mayaklar və xalçalar” sərgisinin açılış mərasimində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin sədri Taleh Ziyadov çıxış edərək Azərbaycanın dəniz irsi sayılan mayaklar haqqında qısa məlumat verib və iştirakçıların diqqətinə çatdırıb ki, bu irsin tarixinin qorunub saxlanılması üçün uzunmüddətli araşdırmaları və faktları özündə əks etdirən “Mayaklar” adlı kitab da hazırlanıb. 150 səhifədən artıq bu elmi nəşrin hazırlanması zamanı yerli və xarici arxivlərdəki sənədlərdən geniş istifadə edilib. Növbəti mərhələdə isə hər bir mayakın tarixi və arxitektur quruluşundan bəhs edən daha geniş məzmunlu kitabın hazırlanması üzərində iş aparıldığını qeyd edən Taleh Ziyadov, ölkəmizdə olan hər bir mayakın dənizçiliyin inkişafında mühüm rol oynadığını qeyd edib.

Daha sonra çıxış “Azərxalça” ASC-nin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov isə xalçaçılıq sənətinin tarixi və bu sənətin qorunub saxlanılmasının vacibliyi haqqında məlumat verib. Xəzər dənizçiliyinin və zəngin xalçaçılıq ənənələrinin həm yerli, həm də xarici qonaqlara belə fərqli və maraqlı üsullarla təqdim olunmasının hər zaman çox təsirli olduğuna inandığını söyləyən E.Məmmədov, gələcəkdə olacaq ortaq əməkdaşlıqlara da ümidlə baxdığını söyləyib.

Sərgi ilin sonuna kimi davam edəcək.









Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri