Icma.az
close
up
RU
Dəniz Vağzalında “Xəzərin qoruyucuları: mayaklar və xalçalar” adlı sərgi baş tutub FOTOLAR

Dəniz Vağzalında “Xəzərin qoruyucuları: mayaklar və xalçalar” adlı sərgi baş tutub FOTOLAR

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) və “Azərxalça” ASC-nin şəhərimizə qələn xarici qonaqlar və yerli sakinlər üçün həm Xəzər dənizi tarixinin, həm Azərbaycan xalçaçılıq sənətinin incə nümunələrini özündə birləşdirən ortaq layihəsi “Xəzərin qoruyucuları: Mayaklar və xalçalar” sərgisini təqdim edəcək.

Demokrat.az xəbər verir ki, bu gündən etibarən ilin sonuna kimi təşkil olunacaq sərgi Bakı Limanının mədəniyyət mərkəzi sayılan Dəniz Vağzalında keçirilir.

Kolleksiyaya Bakı Limanının xüsusi sifarişi ilə bu tədbir üçün “Azərxalça” ASC-nin Xaçmaz emalatxanasında toxunmuş Xəzərin sahilindəki 8 mayakı əks etdirən “Amburan”, “Abşeron”, “Şüvəlan”, “Çilov”, “Nargin (Böyük Zirə)”, “Lənkəran”, “Səngi Muğan”, “Kür dili” kimi xalçalar aiddir. Eyni zamanda, “Azərxalça” ASC-yə aid 3 xalça – “Çələbi”, “Çələbi Bərdə” və “Qasımuşağı” xalçaları da iştirakçılara təqdim ediləcək.

Sərgi həm xalçaçılıq sənətinin, həm də Xəzər sahillərində tarix və irs işığı olan mayakların qorunmasının vacibliyini ön plana çıxarır, izləyicilərə mədəniyyət və tariximizin bu iki mühüm aspekti arasında möhkəm əlaqəni hiss etdirməyə çalışır.

Sərgidə xalçalarla yanaşı, Azərbaycan dənizçilik tarixini əks etdirən və Bakı Limanına aid eksponatlar da öz yerini alır.

“Xəzərin qoruyucuları: Mayaklar və xalçalar” sərgisinin açılış mərasimində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin sədri Taleh Ziyadov çıxış edərək Azərbaycanın dəniz irsi sayılan mayaklar haqqında qısa məlumat verib və iştirakçıların diqqətinə çatdırıb ki, bu irsin tarixinin qorunub saxlanılması üçün uzunmüddətli araşdırmaları və faktları özündə əks etdirən “Mayaklar” adlı kitab da hazırlanıb. 150 səhifədən artıq bu elmi nəşrin hazırlanması zamanı yerli və xarici arxivlərdəki sənədlərdən geniş istifadə edilib. Növbəti mərhələdə isə hər bir mayakın tarixi və arxitektur quruluşundan bəhs edən daha geniş məzmunlu kitabın hazırlanması üzərində iş aparıldığını qeyd edən Taleh Ziyadov ölkəmizdə olan hər bir mayakın dənizçiliyin inkişafında mühüm rol oynadığını qeyd edib.

Daha sonra çıxış “Azərxalça” ASC-nin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov isə xalçaçılıq sənətinin tarixi və bu sənətin qorunub saxlanılmasının vacibliyi haqqında məlumat verib. Yaxın zamanda ölkəmizdə baş tutacaq COP29 ərəfəsində “Azərxalça” ASC-nin həyata keçirdiyi layihələrdən söz açan sədr həm xalçaçılıq, həm də dənizçilik tarixi baxımından bugünkü sərginin nə qədər vacib və mənalı yerə malik olduğunu xüsusi vurğulayıb. Xəzər dənizçiliyinin və zəngin xalçaçılıq ənənələrinin həm yerli, həm də xarici qonaqlara belə fərqli və maraqlı üsullarla təqdim olunmasının hər zaman çox təsirli olduğuna inandığını söyləyən Emin Məmmədov gələcəkdə baş tutacaq ortaq əməkdaşlıqlara da ümidlə baxdığını söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Noyabr 2024 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see210

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see192

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see191

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see174

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see174

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see173

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see157

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see151

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see149

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see148

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see137

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see134

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see134

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see128

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri