Xəzərin sahilində suiti cəsədləri aşkarlandı Fotolar
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz rayonu, Nabran qəsəbəsi sahilində suiti cəsədləri aşkar olunub.
Bu barədə “Qafqazinfo”ya Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva məlumat verib.
O bildirib ki, suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən suiti cəsədlərindən nümunələr götürülüb.
Xidmət rəsmisinin sözlərinə görə analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 27 Dekabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















