Xəzərin Urmiya kimi ciddi azalma, hətta yox olma riski yarana bilər Ekoloqdan XƏBƏRDARLIQ
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"Əgər bu proses intensiv şəkildə davam etsə və suyun səviyyəsi uzun müddət düşsə, 50-100 ildən sonra Xəzərin Urmiya və ya Aral gölü kimi ciddi azalma, hətta yox olma riski yarana bilər".
Bunu Redaktor.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov Xəzər dənizinin son illərdə kəskin şəkildə geri çəkilməsi və hətta Lənkəran sahillərində sahilboyu meşə qalıqlarının üzə çıxması ilə bağlı yaranmış vəziyyətdən danışarkən bildirdi.
"Bunun qarşısını almaq üçün beş Xəzəryanı dövlət və beynəlxalq ictimaiyyət müəyyən tədbirlər görməlidir. Hazırda da bu istiqamətdə işlər aparılır. Sonuncu dəfə Braziliyada olanda təxminən iki həftə əvvəl Azərbaycan pavilyonunda Xəzərlə bağlı ayrıca bir sessiya keçirildi. Yəni bu mövzu artıq qlobal mahiyyət qazanıb", - deyə ekoloq vurğuladı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 05 Dekabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















