Icma.az
close
up
RU
Xəzərlə bağlı TƏHLÜKƏ BÖYÜYÜR Bu sürətlə qurumağa davam etsə...

Xəzərlə bağlı TƏHLÜKƏ BÖYÜYÜR Bu sürətlə qurumağa davam etsə...

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

“Yüz illər öncə Xəzər Qara dənizdən qopub, ayrıca dəniz olub. Daha sonra isə iqlim dəyişiklikləri və Alp-Himalay qurşağında gedən proseslərlə bağlı bugünkü Xəzər dənizi formalaşıb. İndi də proseslər davam edir. Biz iqlim dəyişiklikləri ilə bağlı ancaq ötən əsrin 70-ci illərində danışmağa başladıq.
İqlim dəyişiklikləri ilə bağlı ekoloqların səsi isə yalnız 90-cı illərdə eşidilməyə başlanıldı. Məsələn Xəzər dənizinə su daşıyıcı çayların suyu ötən əsrin 30-cu illərdən azalmağa başlayıb. Zamanla Xəzərin səviyyəsi qalxıb, enib”.
 

MÖVZU İLƏ BAĞLI:
Urmiya qurudu, sıra Abşerondadır? – Duz gölləri ilə bağlı mütəxəsssisdən HƏYƏCAN TƏBİLİ


Bunu Xəzər dənizində baş verən qlobal dəyişikliklərlə bağlı Bizim.Media-ya danışan ekoloq Qorxmaz İbrahimli deyib.
O bildirib ki, artıq neçə illərdir Xəzər dənizində suyun səviyyəsi azalır:
“Budəfəki azalma şiddətli iqlim dəyişikliyi ilə üst-üstə düşür. Məlumdur ki, hazırda havanın illik temperaturu 1,5 yox, 2 dərəcə artır. Xəzərdə suyun azalmasının bir səbəbi qlobal iqlim dəyişikliyi ilə bağlıdırsa, digər səbəb antropogen təsirlərdir. Məsələn Xəzərə əsas su daşıyıcı çaylardan - Volqadan, Kürdən və Terekdən içməli və suvarma məqsədi ilə istifadə edilməsi mənsəbə daha az suyun çatmasına səbəb olub. Beləcə daxil olan suyun azalması hesabına Xəzərin hövzəsi kiçilir. Digər tərəfdən havanın temperaturu yüksəldiyi üçün dənizdə buxarlanmanın həcmi böyüyüb”.
“Xəzərdəki vəziyyətlə bağlı təkcə Azərbaycanın təşəbbüsləri yetərli deyil”.
Müsahibimiz hesab edir ki, Xəzərsahili 5 dövlət bu məsələyə eyni həssaslıqla yanaşmalıdır:
“Bu məsələdə ən böyük iş Rusiyanın üzərinə düşür. Çünki Xəzərin şimal sahilləri daha dayaz olduğu üçün suyu çəkilən ərazilər kilometrlərlə uzanıb gedir. Bundan isə təkcə ekologiya yox, Rusiya iqtisadiyatı ciddi zərər görür. Xəzərin tədricən quruması isə qlobal fəlakətlərə səbəb ola bilər. Ona görə də region ölkələri də Xəzərdə suyun azalmasına həssaslıqla yanaşmalıdır. Bu məsələdə təkcə Azərbaycanın təşəbbüsləri yetərli deyil”.
Bəs biz nə etməliyik?
Qorxmaz İbrahimli deyir ki, Xəzərdə suyun çəkildiyi ümumi ərazi hesablanmalıdır:

“Həmin ərazilərdə şoranlığa, qumsallığa davamlı kollar və ağaclar əkilməlidir. Bir sözlə boşalmış ərazilər yaşıllaşdırılmalıdır. Nəzərə alaq ki, qurumuş ərazilərdən qalxan toz insanlarda müxtəlif xəstəliklərə səbəb olur. Daşınan minerallar asanlıqla insanların ağ ciyərlərinə dolur. Ona görə də həm dövlət, həm özəl sektor, həm də vətəndaş cəmiyyəti bu problemə qarşı birləşməlidir. Birgə səylər nəticəsində Xəzər sahilində yeni mikroiqlim yaradılmalıdır”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Oktyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri