Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Nifaq dərinləşir, təhlükə böyüyür...

Nifaq dərinləşir, təhlükə böyüyür...

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mən "Kəpəz”in baş məşqçisi Azər Bağırovu sakit təbiətli, sözünü-davranışını bilən biri kimi tanıyıram. Amma içində olduğu proseslər gənc məşqçinin əsəblərini korlayıb və Bağırov "Neftçi” ilə oyundan sonra lazımsız ifadələr işlədib. Dahi Nizami nahaq yerə "sözün də su kimi lətafəti var, hər sözü az demək daha xoş olar” deməyib. Yəni ki, bir sözü dəfələrlə təkrarlayanda ondakı lətafət itir, ortaya xoş olmayan mənzərə çıxır.

Bağırovun 1:5 hesablı məğlubiyyətdən sonra dediklərini yenidən xatırladıb, qaysaq bağlayan yaraları qanatmaq fikrində deyiləm. Yaxşı ki, mətbuat konfransından dərhal sonra özü də səhvə yol verdiyini anlayıb, üzrxahlıq edib. Xüsusiylə də dini söhbətlərdən sitat gətirmək lazımsız məşğuliyyətdir. Mən "Neftçi”nin kapitanı Emin Mahmudovun hər qoldan sonra biləyini yuxarı qaldırıb, hansısa işarət göstərməsini də qınayıram. Başqaları da ona baxır, onun etdiklərini təkrarlayır. Bilən də, bilməyən də axına düşüb gedir.

Mən həm klub rəhbərlərinə, həm də AFFA-ya belə həssas məqamlara diqqət göstərməyin, məşqçilərlə və futbolçularla ciddi söhbət aparmağın lazım olduğunu vurğulamaq istəyirəm. Ümid edirəm ki, daha pis şeylər baş vermədən belə açıqlama və jestlərə son qoyulacaq. Necə ki, Azərbaycanda dinin dövlətdən ayrı olduğunu deyirik, futbolu da belə şeylərdən uzaq tutaq.

Mən Azər Bağırovu tanıdığım kimi Rəvan Həmzəzadəni də tanıyıram. Gözəl ailə başçısıdır, azyaşlı övladlarını min zəhmətlə böyüdür. Hazırda Premyer Liqada əyalətdən olan hakimlərin sayı xeyli azdır. Rəvan isə Şəkidə doğulub, orda böyüyüb.

Yaxşı bilirəm ki, hakimlikdə indiki səviyyəyə gəlməsi üçün nə qədər zəhmət çəkib, Bakıda kirayələrdə yaşayıb, Şəki ilə Bakı arasındakı uzaq yollarda qalıb. Lap elə hakim meydanda səhv etsə belə onun hədəfə çevrilib, xalq düşməni elan olunmasının əleyhinəyəm. Bu yaxınlarda klublarımızın birində çalışan dəyərli həkimlərimizdən biri də hakim səhləri ilə bağlı paylaşım edib, üzərinə "şərəfsizlik” yazmışdı. Ona da etiraz etdim.

Futbol ailəsi çox kiçikdir, burda az qala hamı bir-birni tanıyır, hamının yolları kəsişir. Dəyərləri ayaq altına atıb, bu gün çalışdığın kluba görə kimləsə düşmən olmağa dəyməz. Kim təminat verə bilər ki, sabah Rəvan Həmzəzadənin hansısa səhvi "Kəpəz”in xeyrinə olmayacaq? "Kəpəz”in "Neftçi”yə 1:5 hesabıyla uduzduğu oyunda konkret hansısa ciddi səhvdən söhbət də gedə bilməzdi, hazırda yüksəlişdə olan meydan sahibləri layiqli qələbə qazandılar. 

Bəli, hakimlər meydana ədaləti qorumaq üçün çıxırlar və üzərlərinə düşəni etməyə də borcludurlar. Təəssüflər olsun ki, VAR-ın tətbiqi belə Azərbaycanda hakim səvlərinin minimuma endirilməsinə kömək etməyib. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da hakimlər səhv edir. Məsələnin ən pis tərəfi odur ki, azarkeşlərin və məşqçilərin hakimlərimizə etimadı, etibarı itib. Bir müddət AFFA və PFL hakimlik sahəsində xeyli irəliləyişə nail olmuşdu. Hakimlər səhv edəndə belə bunu təbii qarşılayır, arxasında hansısa qərəz axtarmırdıq.

İndi həmin o etibar yoxdur. Xüsusən də AFFA-nın davamlı olaraq hakimliyə rəhbərliyi əcnəbilərə tapşırması ab-havanı pozub. AFFA hakimlərimizin avrokuboklara təyinat alması naminə əcnəbilərin ayağının altına qırmızı xalça sərib, daxildəki etimad da buna qurban verilib. 

İndi hakimlər komitəsinə yumruğunu masaya çırpacaq kiminsə rəhbərlik etməsi vacibdir. Hər turun sonunda videoçarx yaymaqla, "o səhv etdi, bu düzgün qərar verdi” deməklə olmayacaq. İtmiş etimadı bərpa etmək üçün konkret addımlar atılmalıdır. Kobud səhvə yol verənləri, kiminsə haqqını yeyənləri uzun müddətə kəsib atmaq lazımdırsa, bunu da edin. "Filan hakim filan kluba yaxınlıq edir, daim onu irəli dartır” kimi iddialar ciddiyə alınmalı, onların önünə keçmək üçün təyinatlara diqqət yetirilməlidir. Bir sözlə, həyacan təbili qulaq deşir Oyanmaq lazımdır. Klublarla hakimlər arasında nifaqın daha da dərinləşməməsi, təhlükənin böyüməməsi üçün hərəkətə keçmək vaxtıdır. Sonra gec olacaq.

Amal Abuşov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Noyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri