Icma.az
close
up
RU
Xiaomi brendi REDMI Note 15 seriyasını təqdim edir: REDMI Titan Durability etibarlılığı və flaqman imkanları

Xiaomi brendi REDMI Note 15 seriyasını təqdim edir: REDMI Titan Durability etibarlılığı və flaqman imkanları

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"Xiaomi" brendi REDMI Note 15 Pro+ 5G, REDMI Note 15 Pro 5G, REDMI Note 15 Pro və REDMI Note 15 modellərinin daxil olduğu "REDMI Note 15" seriyasının qlobal buraxılışını elan edib.

"REDMI Titan Durability" konsepsiyasının birləşdirdiyi yeni məhsul xətti uzunmüddətli batereya ömrünü, yüksək qorumanı, suya və toza davamlılığı, həmçinin yenilənmiş mobil çəkiliş və performans imkanlarını özündə cəmləşdirir.

"Xiaomi" smartfonların buraxılışı ilə eyni zamanda "Mijia Smart Audio Glasses" və "REDMI Buds 8 Lite" kimi məhsullarını təqdim etməklə ağıllı cihazlar ekosistemini daha da genişləndirib.

Gündəlik ssenarilər üçün etibarlılıq

"REDMI Titan Durability" seriyanın bütün modellərini əhatə edir və "REDMI Note" xətti üçün yeni möhkəmlik standartı müəyyən edir. REDMI Note 15 Pro+ 5G, 100W HyperCharge və reversiv şarj dəstəyi ilə 6500 mA·s tutumlu silisium-karbon batareyası ilə təchiz edilib. Bütün "Pro" modellərində batareyalar 1600 şarj dövrəsindən sonra tutumun ən azı 80%-ni saxlayır. Baza "REDMI Note 15" modeli son dərəcə nazik korpusda 6000 mA·s tutumlu batareya ilə təchiz edilib.

Seriyanın yüksək modelləri "SGS Premium Performance" sertifikatına malikdir. Bu modellər "REDMI Titan Structure" arxitekturası və Corning® Gorilla® Glass Victus® 2 şüşəsi sayəsində 2,5 metrədək hündürlükdən düşməyə davamlıdır. Xarici təsirlərə qarşı qorunma üçün REDMI Note 15 Pro+ 5G və REDMI Note 15 Pro 5G modelləri IP66 / IP68 / IP69 / IP69K standartlarına uyğundur, Wet Touch 2.0 texnologiyası isə bütün məhsul xəttində hətta nəm barmaqlarla toxunuş zamanı ekranın düzgün işləməsini təmin edir.

Kameralar və AI imkanları

REDMI Note 15 Pro+ 5G və REDMI Note 15 Pro 5G inteqrasiya edilmiş zum, HDR və AI emalı dəstəyinə malik yeni HPE sensorlu 200 MP-lik kamera ilə təchiz edilib. "Pro" modelləri 23-92 mm aralığında fokus məsafəsi diapazonu təklif edir, REDMI Note 15 və REDMI Note 15 5G modelləri isə 3× optik zum səviyyəsinə malik 108 MP-lik kameralara malikdir.

Bütün seriyada çəkiliş və kontentin redaktəsi üçün Dynamic Shots 2.0, AI Remove Reflection və AI Beautify kimi AI alətləri mövcuddur.

Performans və multimedia

Flaqman məhsul Snapdragon® 7s Gen 4 əsasında çalışır və seriya üçün ilk dəfə olaraq "Xiaomi IceLoop" soyutma sistemi ilə təchiz olunub. Bütün modellər "Google Gemini" və "Circle to Search"u dəstəkləyir, ən yüksək versiya isə əlavə olaraq "Xiaomi HyperAI" platformasına və şəbəkə olmadan səsli mesajların ötürülməsi üçün "Xiaomi Offline Communication" texnologiyasna malikdir.

Smartfonlar 3200 nit pik parlaqlığa, 400%-ə qədər təkmilləşdirilmiş səs gurluğu imkanlarına malik 6,83 düymədək ölçülü böyük AMOLED ekranlarla təchiz olunub.

Məhsullar və qiymətlər

"REDMI Note 15" seriyasından olan smartfonları artıq "Kontakt", "İrşad", "Baku Electronics" "Soliton"un rəsmi pərakəndə satış şəbəkələrində aşağıdakı tövsiyə olunan qiymətlərlə əldə edə bilərsiniz:

● REDMI Note 15 - 489,99 AZN-dən

● REDMI Note 15 Pro - 719,99 AZN-dən

● REDMI Note 15 Pro 5G - 819,99 AZN-dən

● REDMI Note 15 Pro+ 5G - 1 019,99 AZN-dən

Məhsullar və xüsusi təkliflər haqqında ən aktual məlumatları "Xiaomi"nin tərəfdaşlarından və rəsmi onlayn platformalarından dəqiqləşdirməyiniz tövsiyə olunur.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Yanvar 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri