Icma.az
close
up
RU
XII Qlobal Bakı Forumu Azərbaycanın qlobal siyasətdə rolunu və geosiyasi strategiyasını müəyyən edir

XII Qlobal Bakı Forumu Azərbaycanın qlobal siyasətdə rolunu və geosiyasi strategiyasını müəyyən edir

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün XII Qlobal Bakı Forumu beynəlxalq gündəliyin əsas mövzularının müzakirə edildiyi aparıcı platformalardan birinə çevrilmişdir. Bu forum Azərbaycanın beynəlxalq nüfuzunun və diplomatik sahədə fəallığının inkişaf göstəricisi olmaqla yanaşı, qlobal problemlərin həllində səmərəli əməkdaşlıq üçün vacib bir mərkəz rolunu da oynayır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu platformanın formalaşmasında mühüm rol oynamışdır. Belə ki, ölkəmizin paytaxtı Bakı şəhəri COP29 tədbirlərində aktiv iştirak edərək enerji və iqlim dəyişiklikləri sahəsində önəmli müzakirələrə ev sahibliyi etmişdir. Bu hal özlüyündə Azərbaycanın COP29-a ev sahibliyi etməsini, ölkənin enerji siyasətinə məsuliyyətli yanaşmasını, yaşıl keçid prosesinə verdiyi töhfəni və beynəlxalq etimadı əks etdirir.

Azərbaycan faydalı qazıntılarla zəngin ölkə olmasına baxmayaraq, bərpa olunan enerji mənbərinin inkişafını prioritet sahə kimi seçmişdir. 2030-cu ilə qədər ölkədə 6,5 giqavatlıq yeni bərpa olunan enerji güclərinin yaradılması planlaşdırılır ki, bu da ümumi enerji istehsalının təxminən iki dəfə artırılması deməkdir. Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır və hazırda 12 Avropa ölkəsinə təbii qaz ixrac edərək, onların enerji təhlükəsizliyinə töhfə verir. Bununla yanaşı, Qara dənizin dibi ilə yeni enerji kabelinin çəkilməsi layihəsi Azərbaycanın Avropaya yaşıl enerji ixracına geniş imkanlar açacaqdır.
Azərbaycanın geosiyasi mövqeyi son illərdə daha çox əhəmiyyət qazanmışdır. Tranzit potensialının artması və ölkə üzərindən yük daşımalarının intensivləşməsi, Azərbaycanın regional nəqliyyat və logistika mərkəzinə çevrilməsini sürətləndirir. Azərbaycan təkcə, enerji sahəsində deyil, beynəlxalq humanitar yardım və qlobal təşəbbüslərdə də fəal iştirak edir. COVID-19 pandemiyası dövründə 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərməsi, həmçinin Qoşulmama Hərəkatında dördillik sədrlik dövründə fəal rol oynaması, ölkənin beynəlxalq arenadakı nüfuzunu daha da gücləndirmişdir.
COP29 konfransında Azərbaycanın uğurları, xüsusilə də Paris Sazişinin 6-cı maddəsi üzrə konsensusun əldə edilməsi və bərpa olunan enerji maliyyələşməsinin 100 milyard dollardan 300 milyard dollara qədər artırılması, Bakı sammitinin tarixi nailiyyətləri sırasındadır. Bu tədbirin nəticələri “Bakı sıçrayışı” kimi qiymətləndirilməklə, qlobal iqlim gündəliyində yeni bir səhifə açmışdır. Lakin, bu uğurlara baxmayaraq, Azərbaycan bəzi Qərb mediası və siyasi dairələrin təzyiq və qarayaxma kampaniyaları ilə üzləşmişdir. ABŞ Dövlət Departamenti və Fransa hökumətinə yaxın media orqanlarının yaydığı dezinformasiyalar, Azərbaycanın beynəlxalq nüfuzunu zədələmək məqsədi güdürdü. Bəzi beynəlxalq dairələr Azərbaycanın neft və qaz hasil edən ölkə olmasını bəhanə edərək, onu tənqid etməsi, ikili standartların olmasının bariz nümunəsidir. Halbuki, Azərbaycanın karbon emissiyalarındakı payı cəmi 0,1 faizdir, lakin dünya üzrə böyük çirkləndirici ölkələr bu reallığı görməzdən gəlirlər.
Azərbaycanın Ermənistanla münasibətləri, Cənubi Qafqazda sülh təşəbbüsləri prezident İlham Əliyevin çıxışının əsas mövzularından biri olmuşdur. Azərbaycan sülh müqaviləsi təşəbbüskarı kimi çıxış edir. Bu xüsusda artıq əsas bəndlər razılaşdırılmışdır. Lakin, Ermənistanın keçmişdə törətdiyi müharibə cinayətləri, Xocalı soyqırımı və Azərbaycan şəhərlərinin tamamilə dağıdılması ölkəmizin heç vaxt unuda bilməyəcəyi tarixi reallıqdır. Sülhün əldə olunması üçün əsas şərtlərdən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır, çünki hazırda bu iddialar hələ də mövcuddur və sülh prosesini əngəlləyən əsas maneələrdən biridir. Lakin, buna baxmayaraq, Ermənistanın Fransa və digər Qərb ölkələrinin dəstəyi ilə yenidən silahlandırılması, bölgədə yeni münaqişə risklərini artırır. Fransa tərəfindən Errnənistana “Sezar” haubitsalarının göndərilməsi və Avropa İttifaqının Ermənistanı hərbi texnika və sursatla ilə təchiz etməsi, ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradır. ATƏT-in Minsk Qrupunun fəaliyyəti artıq mənasızdır, çünki Ermənistan özü Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır, lakin, bəzi Qərb dairələri bu mövzunu süni şəkildə gündəmdə saxlayaraq bölgədə siyasi manipulyasiyalar aparmağa çalışır.
Prezident İlham Əliyev çıxışında ABŞ-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə də toxunmuşdur. Antoni Blinkenin Azərbaycanla bağlı siyasəti, son 30 ildə qurulmuş ikitərəfli münasibətlərə çox ciddi zərbələr vurmuşdur. Azərbaycan hər zaman ABŞ-ın etibarlı tərəfdaşı olmuş, İraq və Əfqanıstan missiyalarında iştirak etmiş, lakin buna baxmayaraq, Vaşinqtonun ölkəmizə qarşı rəsmi mövqeyi dəyişmiş və Bakıya müxtəlif sanksiyalar tətbiq edilmişdir. Prezident Trampın seçki kampaniyasındakı bəzi çağırışlarına istinad edərək, Azərbaycanda yeni administrasiya ilə münasibətlərin normallaşdırılmasına ümid edildiyi bildirilmişdir.
Azərbaycanın xarici siyasəti milli maraqlar üzərində qurulmuşdur və ölkə heç bir xarici gücün diktəsi ilə hərəkət etməyəcəyini açıq şəkildə bəyan etmişdir. Prezident İlham Əliyev güclü hərbi potensialın əhəmiyyətini vurğulayaraq, ölkənin müdafiə qabiliyyətini artırmağa davam edəcəyini bildirmişdir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, yalnız milli iradənin deyil, eyni zamanda beynəlxalq ədalətin bərpası anlamına gəlir. Cənubi Qafqazda sülh və sabitliyin əsas təminatçısı olan Azərbaycan, həm diplomatik, həm də hərbi gücü ilə öz mövqeyini qoruyacaqdır.
Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı, Azərbaycanın qlobal siyasətdəki rolunu, enerji siyasətini, regional təhlükəsizlik məsələlərini və beynəlxalq arenada üzləşdiyi çağırışları əhatə edən strateji baxış idi. Azərbaycan təkcə, enerji sahəsində deyil, həmdə geosiyasi proseslərdə mühüm oyunçu olaraq qalmaqdadır. Sülh və təhlükəsizlik üçün ölkə həm diplomatiyanı, həm də güclü hərbi potensialını istifadə edir. Prezidentin vurğuladığı kimi, Azərbaycan öz milli maraqlarından geri çəkilmyəcək və bölgədə sabitliyin əsas təminatçısı olaraq qalacaqdır.

Rövşən Muradov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Mart 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri