“XIII Qlobal Bakı Forumu həqiqi dialoq üçün mühüm platformadır” Katalin Boqyay
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
“Mən artıq bir neçə ildir ki, bu foruma gəlirəm və hər dəfə böyük maraq və həyəcanla iştirak edirəm. Təkcə proqramın özü çox ruhlandırıcı deyil, həm də bu forum insanların görüşdüyü çox gözəl bir məkandır. Bu, düşüncələrin görüşdüyü bir platformadır”.
SİA xəbər verir ki, bu fikirləri Macarıstanın UNESCO üzrə Milli Komissiyasının prezidenti, Macarıstan BMT Assosiasiyasının prezidenti, Women 4 Diplomacy International təşkilatının təsisçisi, UNESCO-nun 36-cı Baş Konfransının prezidenti, Macarıstanın BMT və UNESCO yanında keçmiş səfiri Katalin Boqyay XIII Qlobal Bakı Forumu çərçivəsində SİA-ya açıqlamasında səsləndirib.
Katalin Boqyay bildirib ki, forum müxtəlif baxışların müzakirə olunduğu əhəmiyyətli dialoq platformasıdır: “Burada biz biliklərimizi, baxışlarımızı və fikirlərimizi bölüşə bilirik. Bu, həqiqi dialoq üçün çox gözəl bir məkandır. Dialoq o demək deyil ki, biri danışır, digəri isə sadəcə dinləyir. Dialoq insanların bir-birini inandıra bildiyi, hətta bəzən öz mövqelərini dəyişməyə hazır olduğu bir prosesdir”.
O qeyd edib ki, müasir dövrdə dialoq həm siyasətdə, həm də gündəlik həyatda xüsusi əhəmiyyət daşıyır: “Bu prosesdə qadınların rolu da çox önəmlidir. Ona görə də burada olduğuma görə çox şadam”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 12 Mart 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















