Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

XIII Qlobal Bakı Forumu beynəlxalq müzakirələrin mərkəzidir

XIII Qlobal Bakı Forumu beynəlxalq müzakirələrin mərkəzidir

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

XIII Qlobal Bakı Forumu beynəlxalq siyasi və iqtisadi gündəmin ən aktual məsələlərinin müzakirə olunduğu nüfuzlu platformalardan biri kimi diqqət çəkir. Forum çərçivəsində müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələri, ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri bir araya gələrək qlobal təhlükəsizlik, iqtisadi sabitlik və regional əməkdaşlıq kimi mövzular ətrafında fikir mübadiləsi aparırlar. Artan geosiyasi gərginliklər fonunda bu cür platformaların əhəmiyyəti daha da artır və ölkələr arasında dialoqun gücləndirilməsi üçün mühüm imkanlar yaradır.

Milli Məclisin deputatı Müşfiq Cəfərov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumu yadda qalan olub:

“2013-cü ildən başlayaraq ənənə halını alan bu tədbirlərin əhəmiyyəti olduqca böyükdür. Qlobal miqyaslı beynəlxalq məsələlərin həlli üçün bü gün dünyanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin, uzun illər müxtəlif dövlət və hökumətlərə başçılıq edən tanınmış siyasətçilərin, sabiq xarici işlər nazirləri və nüfuzlu diplomatların təcrübə, fikir, ideya və təkliflərinə ciddi ehtiyac var. Forumun birinci günündə çıxış edən Prezident İlham Əliyev Qlobal Bakı Forumun "geniş spektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biri" olduğunu xüsusi vurğulayıb. Dövlət başçısı həmçinin tədbirdə bütün dünya üçün aktual və vacib olan məsələlərə toxunub.  Bu gün təhlükəsizlik, sabitlik və müdafiə məsələləri əksər ölkələr, hətta dünyanın bütün dövlətlər üçün də bir nömrəli məsələdir. İstənilən inkişaf sülh, sabitlik və təhlükəsizlikdən asılıdır”.
O deyib ki, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz:
“Bu baxımdan Azərbaycan dövlət başçısı çox doğru olaraq vurğuladı ki, təhlükəsizlik istiqamətində beynəlxalq səylər birləşdirilməlidir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi builki forumun gündəliyi çox genişdir. Lakin  müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı hazırkı mövcud vəziyyətə yönəldi. Bəli dövlətimizin başçısının da qeyd etdiyi kimi “Təhlükəsizlik əsas amildir və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik”. Hazırda dünyada  yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq təhlükəsizlik strukturuna təhdid təşkil edir. Bütün bunlar  beynəlxalq hüquqa təhdiddir”.

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, XIII Qlobal Bakı Forumu beynəlxalq siyasi və iqtisadi gündəmin ən aktual məsələlərinin müzakirə olunduğu nüfuzlu platformalardan biri kimi diqqət çəkir:
“Forum çərçivəsində müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələri, ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri bir araya gələrək qlobal təhlükəsizlik, iqtisadi sabitlik və regional əməkdaşlıq kimi mövzular ətrafında fikir mübadiləsi aparırlar. Artan geosiyasi gərginliklər fonunda bu cür platformaların əhəmiyyəti daha da artır və ölkələr arasında dialoqun gücləndirilməsi üçün mühüm imkanlar yaradır. Belə forumlar birbaşa qərar qəbul edən institutlar olmasalar da, müzakirələrində ortaya qoyulan təşəbbüslər və fikir mübadiləsi gələcəkdə qlobal sabitliyə təsir göstərə biləcək siyasətlərin hazırlanmasına zəmin yaradır. Müzakirələr konkret qərarlara dərhal çevrilməsə də, iştirakçı ölkələr arasında dialoq və əməkdaşlığın möhkəmlənməsi, həmçinin regional və qlobal məsələlər üzrə ortaq anlayışın formalaşması baxımından strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, XIII Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin qlobal sabitliyə təsiri daha çox uzunmüddətli perspektivdə və dolayı yolla özünü göstərə bilər”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqamətində hazırlanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Mart 2026 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see284

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see281

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see267

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see260

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see250

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see250

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see244

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see242

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see236

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see236

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see235

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see226

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see222

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see220

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see220

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see217

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see205

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see198

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri