Icma.az
close
up
RU
Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev...

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev...

Icma.az bildirir, Axar.az portalına istinadən.

1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi, taleyüklü və qürurverici bir hadisə kimi yadda qalıb. Bu əlamətdar gün ölkəmizin tənəzzül və böhran girdabından qurtularaq inkişaf və sabitlik yoluna çıxmasının başlanğıcı oldu. Məhz həmin tarixdən sonra Azərbaycan dünya birliyində müstəqil və prinsipial mövqeyə malik bir dövlət kimi tanınmağa başladı, beynəlxalq aləmdə nüfuz qazandı. Xalqın iradəsi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin xilaskarı və dövlətçiliyimizin təminatçısı kimi Azərbaycan tarixində əbədi olaraq yer aldı.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan böyük sınaqlarla üz-üzə qalmışdı:

“Ölkə parçalanmaq, yox olmaq və dünyanın siyasi xəritəsindən silinmək kimi ciddi təhlükələrlə qarşılaşmışdı. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Hadisələri düzgün qiymətləndirə bilməyən, başı kreslo davasına qarışan ovaxtkı iqtidar əhali arasında nüfuzunu gündən-günə itirir, hökumət böhranı getdikcə dərinləşirdi. Belə bir ağır və çıxılmaz şəraitdə xalqımızda ümumi bir inam formalaşmışdı – ölkəni bu fəlakətdən yalnız Heydər Əliyev xilas edə bilər. Xalq öz böyük Liderini təkidlə yenidən hakimiyyətə çağırırdı. Bu çağırışa biganə qalmayan Ulu Öndər 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu tarixi dönüş nöqtəsi Azərbaycan üçün taleyüklü bir an oldu. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik təmin olundu, parçalanma və vətəndaş müharibəsi təhlükəsi dəf edildi, Azərbaycan tədricən inkişaf yoluna qədəm qoydu.

Ulu Öndər müstəqilliyimizin ilk illərində yaranmış vəziyyəti belə xarakterizə edirdi.Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Millət vəkilinin sözlərinə görə, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır:

“Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri var. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib. Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev Azərbaycanı real təhlükələrdən qurtarmaqla yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm addımlar atdı. Onun gərgin fəaliyyəti, səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı. Gələcəyə, konkret nəticələrə hesablanmış bu siyasət nəticəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza davam edən təcavüzünü dayandırmaq mümkün oldu. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”. Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, gələcək inkişaf üçün möhkəm təməllər yaratmağa başladı. Bu istiqamətdə atılan ilk mühüm addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması oldu. Sonrakı dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı.

1995-ci ilin noyabrında müstəqil Azərbaycanın tarixində mühüm hadisə baş verdi – demokratik və hüquqi dövlət quruculuğunun əsası olan yeni Konstitusiya qəbul olundu. Eyni zamanda, parlament seçkiləri keçirildi, zəruri islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi. Həmçinin, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.

Bütövlükdə, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu”.

“Təfərrüata varmadan demək olar ki, Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, inkişafa qovuşmasının əsasının qoyulduğu, ölkəmizin taleyinin dəyişdiyi gündür. Bu gün, sözün əsl mənasında, dövlətimizin və xalqımızın taleyini dəyişən tarixdir. Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən Ulu Öndər Heydər Əliyev, sözün əsl mənasında, xilaskar və qurucu Lider rolunu oynadı. Mübaliğəsiz demək olar ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Bu əsərin təməl daşının qoyulduğu gün - 15 İyun tariximizin ən parlaq səhifələrindən biridir”,-deyən Samir Vəliyev əlavə edib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Deputat vurğulayıb ki, bu gün Yeni Azərbaycan Partiyası da Ulu Öndər Heydər Əliyevin siyasi irsini uğurla davam etdirir:

“1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb oldu. Çünki Yeni Azərbaycan Partiyası ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdı. Yeni Azərbaycan Partiyasının yaranması bütün Azərbaycanda böyük əks-səda doğurmuşdu. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi. Bu gün Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə partiyamız Heydər Əliyev ideyalarını böyük uğurla təbliğ edir. Bu prosesdə Milli Qurtuluş Gününün tarixi əhəmiyyətinin təbliği də xüsusi yer tutur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 İyun 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see224

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see187

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri