Icma.az
close
up
RU
Xilaskarlıq missiyasını həyata keçirən Lider

Xilaskarlıq missiyasını həyata keçirən Lider

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tarixdə elə hadisələr, günlər olur ki, illərlə, əsrlərlə yaddan çıxmır, unudulmur.

15 İyun Azərbaycan xalqı, dövləti üçün məhz belə unudulmaz, müqəddəs bir tarixi­gündür. Ümummili lider Heydər Əliyev 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan xalqını çox ağır bəlalardan hifz etdi, ölkənin müstəqilliyinin əldən getməsinin qarşısını aldı. Torpaqlarımızın daha geniş şəkildə zəbt olunmasına imkan vermədi, ölkəmizi dəhşətli vətəndaş müharibəsindən xilas etdi.

15 İyundan başlanan uğurlar, Ulu öndər Heydər Əliyevin qəbul etdiyi qərarlar, sərəncamlar, fərmanlar, bağlanılan müqavilələr, həyata keçirilən layihə və proqramlar bugünkü inkişafımı­zın təməlini möhkəm qoymuşdur.

İnsan ağlı, zəkası, fəaliyyəti ilə tarixi ucaldır, yaşadığı dövrü sürətləndirir, əbədiləşdirir. Ümum­mili liderimiz Heydər Əliyev tarix ya­radan, tarixi əbədiləşdirən və Azərbaycan xalqının yaddaşında əbədi qalmağı bacaran bir şəxsiyyətdir.

Qurtuluş günümüz – Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gətirilməsi, xalqın Ulu öndərinə bəslədiyi məhəbbətindən, etimadından qaynaqlanırdı. Azərbaycan xalqı Heydər Əliyevi öz xilaskarı kimi görürdü.

Heydər Əliyevin gərgin əməyi nəticəsində xalq-hakimiyyət münasibətləri, vətəndaş-dövlət əlaqələri təkmiləşdirildi, qarşılıqlı etimad səyləri yaradıldı. Nizamsız silahlı dəstələrdən olan Azərbaycan Ordusu tez bir zamanda yenidən təşkil edildi, hərbi-hazırlıq səviyyəsi yüksəldildi, orduda möhkəm ni­zam-intizam yaradıldı. O,Ordu ki bugün bizə tarixi zəfər yaşatdı.

“Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər” kəlamının müəllifi olan Ulu Öndər sözün əsl mənasında Azərbaycanı dünyaya tanıdan Dahi şəxsiyyət oldu.

“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” amalı ilə yaşayan Heydər Əliyev sözünü əmələ çevirməklə dünya­nın ən böyük azərbaycanlısı adını daşımağa layiq olduğunu sübut etdi.

“İnanıram ki, müstəqil Azərbaycan Respub­likası həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğur­lar qazanacaqdır”. Uzaqgörənliklə deyilmiş bu sözlər bu gün həqiqətə çevrilmiş­dir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirir və ölkəmizi parlaq sabahlara aparır.

Cənab Prezident ata vəsiyyətini , onun ən ağrılı yeri olan bir vəzifəni həyata keçirdi və düşmən üzərində tarixi qələbə qazandı. Ulu Öndərin ən böyük arzusu Qarabağımızı azad etmək, Şuşamıza getmək, işğal altında olan torpaqlarımızı düşməndən qurtarmaq idi. Bu arzunu Möhtərəm Prezidentimiz reallığa çevirdi. Bəli 30 ildən sonra Azərbaycan öz əzəli torpaqlarını işğal altından azad etdi , bütövləşdi və tamamlandı.

“Tariximizin hər səhifəsi bizim üçün əzizdir”- deyən Heydər Əliyev Müstəqil Azərbaycanın şanlı tarixinin ən əziz səhifəsini təşkil edir.

Bu gün biz qalib xalq kimi Qurtuluş Gününü qeyd edirik.

Azərbaycan dövləti, Azərbaycan xalqı var olduqca Heydər Əliyev dühası var olacaqdır,yaşayacaqdır.

Samirə Zeynalova

YAP Tərtər Rayon Təşkilatının mühasibi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyun 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see278

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see246

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see245

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see234

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see214

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see213

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see210

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see208

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see203

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see203

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see202

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see199

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see198

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see192

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see173

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see171

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see163

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see162

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see158

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri