Icma.az
close
up
RU
XİN Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının rəyinə münasibət bildirdi

XİN Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının rəyinə münasibət bildirdi

Manset portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası, Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına fəal və məsuliyyətli tərəf kimi və bütün dünyada etnik, mədəni, dil və dini tolerantlığın və etimadın təşviqi fəaliyyətləri ilə çox yaxşı tanınan ölkə olaraq monitorinqin beşinci dövrü ərzində Çərçivə Konvensiyasının Məşvərət Komitəsi ilə yaxından əməkdaşlıq edib. Bu dövr üzrə hesabat təqdim edildikdən sonra Komitənin nümayəndə heyəti Azərbaycana səfər edib, çoxsaylı aidiyyəti dövlət qurumlarının təmsilçiləri ilə yanaşı, regionlarda milli azlıqların nümayəndələri ilə görüşüb və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatında və milli azlıqların QHT-ləri ilə görüşlər keçirib.

Manset.az xəbər verir ki, 18 noyabr 2024-cü il tarixində dərc olunmuş Məşvərət Komitəsinin Beşinci Rəyində konvensiyanın həyata keçirilməsində hökumətin göstərdiyi səylərin qeyd edilməsinə baxmayaraq, rəydəki bir sıra mülahizələrin əsassızlığı və ölkədəki reallıqları dəqiqliklə əks etdirməməsi Komitənin tətbiq etdiyi müəyyən yanaşmaya dair ciddi suallar doğurur. Rəydə bir çox müsbət milli nailiyyətlərə, uğurlu milli siyasətlərə, islahat və təşəbbüslərə diqqət yetirilməyib və onlara etinasız yanaşılıb.

Bundan əlavə, 2023-cü ilin sentyabrında antiterror tədbirlərindən sonra baş verən inkişaflara dair rəydə yer alan əsasən siyasiləşdirilmiş iddialar beşinci monitorinq dövrünün müddətinin çərçivəsindən kənara çıxır. Azərbaycanın Beşinci Dövlət Hesabatında 2017-2022-ci illər üzrə müddətə aid müvafiq məlumatların yer alması, habelə davam edən hərbi işğal və Azərbaycan Respublikasının erməni əsilli şəxslərin yaşadığı ərazilər üzərində qanuni suveren nəzarətinin olmamasına görə konvensiyanın hesabatın əhatə etdiyi dövr ərzində həyata keçirilə bilmədiyinə dair qeydlərin həmin hesabatda əksini tapması, Məşvərət Komitəsinin sözügedən iddialarının konvensiyanın konkret müddət çərçivəsində icrasını qiymətləndirmək üçün verilən mandatdan kənara çıxdığını göstərir.

Azərbaycan Respublikasının ərazilərinin bir hissəsində, bu ərazilərdə suveren nəzarətin həyata keçirilməsinə və oradakı erməni əsilli şəxslərə münasibətdə Çərçivə Konvensiyasının müddəalarının tam tətbiqinə mane olan hərbi işğalın aradan qaldırılmasının ardınca post-münaqişə dövrü üçün nəzərdə tutulan həssas səylərin planlaşdırma mərhələsində olduğu bir məqamda Məşvərət Komitəsi mühakimə yürütməyə tələsməməli və kifayət qədər kövrək olan prosesə əngəl törətməmək məqsədilə lazımi qədər ehtiyatlı davranmalı idi.

Komitənin öz qiymətləndirməsinin əhatə dairəsini ona tapşırılan müddət çərçivəsindən birtərəfli qaydada kənara çıxararaq siyasi motivli və qərəzli yanaşmadan xəbər verən fərqli yol tutması təəssüf doğurur.

Məşvərət Komitəsinin digər etnik qruplara etinasızlıq göstərildiyi halda erməni etnik qrupunu diqqət mərkəzində saxlayan seçici yanaşması və müvafiq misallar göstərmədən naməlum mənbələrdən alınan məlumatlara həddən artıq əsaslanması sözügedən Komitənin qeyri-obyektiv yanaşmasını daha aydın nümayiş etdirir.

Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarının yanlış təfsiri və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının rəyindən əhəmiyyətli dərəcədə fərqlənən qiymətləndirmələr də daxil olmaqla, Komitənin təcrübə sahəsinə və mandatına aid olmayan məsələlərə (misal üçün, Laçın yolu ətrafında vəziyyət və ya etnik ermənilərin Qarabağ bölgəsindən Ermənistana köçməsi) dair bir çox yalan iddialar qəbuledilməzdir.

Çərçivə Konvensiyasının təkcə milli azlıqlara mənsub şəxslərin hüquqlarının müdafiəsinin təmin edilməsini nəzərdə tutmadığı, eyni zamanda, qanunun aliliyinə və əlaqədar dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmət edilməsinin zəruriliyinə əsaslandığı həmçinin bir daha qeyd olunmalıdır. Buna baxmayaraq, rəydə birtərəfli qaydada erməni sakinlərinin hüquqlarının müdafiəsinin zəruriliyi qeyd edilir, həmin kateqoriyaya aid olan şəxslərin Azərbaycanın qanunvericiliyinə əməl etmək öhdəliyinə isə məhəl qoyulmur.

Digər böyük narahatlıq doğuran məsələ standartların üzv dövlətlərə münasibətdə qeyri-düzgün tətbiqidir. Azlıqların hüquqları ilə əlaqədar bənzər vəziyyətlərdə olmalarına baxmayaraq, bəzi ölkələrə fərqli münasibətin göstərilməsi təəssüf doğurur. Etnik təmizləmə siyasəti nəticəsində Ermənistanda öz doğma yurdlarından zorla qovulmuş azərbaycanlıların hüquqlarına Komitə tərəfindən etinasızlıq nümayiş etdirilməkdədir.

Bundan əlavə, ölkədə insan hüquqlarının ümumi vəziyyətinin qiymətləndirilməsinin aparılması Məşvərət Komitəsinin mandatından və Konvensiyanın əhatə dairəsindən kənara çıxılması deməkdir və bu qiymətləndirmənin rəyin məqsəd və hədəfləri ilə əlaqəsi yoxdur. Bu baxımdan, Məşvərət Komitəsinin Media haqqında və QHT-lər haqqında qanunlara yenidən baxılmasına dair çağırışı qeyri-adekvatdır və uyğun deyil.

Vətəndaşları üçün insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi, layiqli yaşayış səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycanda bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib və hazırda da həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 18 Noyabr 2024 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see212

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see209

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see206

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see170

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see163

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see157

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see155

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see141

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see141

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see137

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see134

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see132

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see131

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see128

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see126

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see126

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see125

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri