XİN başçısı: “İran Ermənistanla əlaqələri genişləndirməyə hazırdır”
Seyid Abbas Əraqçı erməni həmkarı Ararat Mirzoyanla telefonla danışıb
“İran hər iki ölkəni maraqlandıran bütün sahələrdə Ermənistanla əlaqələri mümkün qədər genişləndirməyə hazırdır”. AYNA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Seyid Abbas Əraqçı erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı zamanı deyib.
İran XİN rəhbərinin “Telegram” kanalında verilən məlumatda isə qeyd olunub ki, söhbət zamanı erməni nazir regional hadisələrlə bağlı İrəvan və Tehran arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd edib.
Mirzoyan iranlı həmkarını Ermənistana səfərə dəvət edib. Tərəflər ikitərəfli münasibətləri inkişaf etdirmək və regional məsələlər üzrə hərəkətləri əlaqələndirmək üçün müntəzəm məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.