İran Omanla bütün sahələrdə əlaqələri genişləndirməyə hazırdır Pezeşkian
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Tehranda İran prezidenti Məsud Pezeşkianla Omanın daxili işlər naziri Həmud bin Feysəl bin Səid əl-Busaidi arasında görüş baş tutub.
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, görüşdə Prezident Məsud Pezeşkian İranın Omanla elmi, iqtisadi, mədəni, sosial və siyasi sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Pezeşkian həmçinin Omanın konstruktiv regional rolunu yüksək qiymətləndirib. O, bildirib ki, Maskatın xüsusilə Tehran və Vaşinqton arasında danışıqlara vasitəçilik və ev sahibliyi etməkdə göstərdiyi səylər təqdirəlayiqdir. Bu, Oman rəhbərliyinin müdrik və sülhpərvər yanaşmasını əks etdirir.
Omanın daxili işlər naziri öz növbəsində İranla münasibətləri müstəsna, tarixi, dərin səmimi və heç bir qeyri-müəyyənlikdən azad adlandırıb. O, iki xalq arasında əməkdaşlığın parlaq yolunun sübutu kimi Pezeşkianın beş ay əvvəl Maskata səfərini və bu səfər zamanı əldə olunan dəyərli razılaşmaları xatırladıb.
Omanlı nazir İran prezidentinin islam ölkələri, xüsusilə də Omanla əlaqələrin gücləndirilməsinə yanaşmasını təqdir edib.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 27 Oktyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















