İran XİN: Ermənistanla mümkün qədər əlaqələri genişləndirməyə hazırıq
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İran hər iki ölkəni maraqlandıran bütün sahələrdə Ermənistanla əlaqələri mümkün qədər genişləndirməyə hazırdır".
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçı erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı zamanı deyib.
Qeyd olunur ki, söhbət zamanı erməni nazir regional hadisələrlə bağlı İrəvan və Tehran arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd edib.
Mirzoyan iranlı həmkarını Ermənistana səfərə dəvət edib.
Tərəflər ikitərəfli münasibətləri inkişaf etdirmək və regional məsələlər üzrə hərəkətləri əlaqələndirmək üçün müntəzəm məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 15 Noyabr 2024 00:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















