Icma.az
close
up
RU
XİN dən siyasi “bombardman”: İrəvan 37 il öncə “Sumqayıtda basdırdığı mina”ya düşdü...

XİN dən siyasi “bombardman”: İrəvan 37 il öncə “Sumqayıtda basdırdığı mina”ya düşdü...

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Məlum olduğu kimi, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Sumqayıt hadisələri ilə bağlı 27 fevral tarixli bəyanatında ölkəmizə qarşı absurd iddialar səsləndirib, tarixi-hüquqi faktları təhrif edib. 1988-ci ilin fevralında baş verən təxribatları Azərbaycanın ermənilərə qarşı təzyqi və etnik zəmində təmizləmə siyasəti kimi təqdim etməyə çalışan İrəvanın bu cəhdi Azərbaycan XİN tərəfindən darmadağın edilib.

Azərbaycan XİN-nin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatına dair şərhində rəsmi İrəvana sözün həqiqi mənasında tarix dərsi keçib. Sumqayıtda etnik zəmində törədilən iğtişaşaların SSRİ və Ermənistan rəhbərliyinin, eləcə də erməni ekstremist təşkilatlarının öncədən planlaşdırılmış əməli olduğunu bildirən Ayxan Hacızadə, baş verən olaylarla bağlı açılan cinayət işinin də bunu sübut etdiyini bildirib. XİN rəsmisi qeyd edib ki, Sumqayıt hadisələrinin qurbanları arasında 6 azərbaycanlı var ki, bu da olayların Azərbaycan deyil, Ermənistan və ona bağlı şovinist qruplar tərəfindən törədildiyini sübut edir. Hadisələrin baş müqəssiri olan və məhkəmə tərəfindən 12 il müddətinə azadlıqdan məhrum edilən  Eduard Qriqoryanın Ermənistana köçürülməsindən sonra dərhal azadlığa buraxılması da bütün bu hadisələrin İrəvan tərəfindən idarə edildiyini göstərir.

Diplomatiyamızın Ermənistan XİN-nə cavabında “siyasi bombardman” effekti yaradan əsas amil dövlətimizin 37 il əvvəlki olayların mahiyyətini yenidən yada salması deyil, bu hadisələr fonunda İrəvanın siyasi məqsədləri naminə öz millətinin qanına belə susadığına diqqət çəkməsidir. Çünki 37 il öncə İrəvan Sumqayıtda əsasən erməni millətindən olan şəxsləri hədəf seçməklə öz siyasi məqsədinə çatmağı planlaşdırmış, bu məqsədlə onların qətlini həyata keçirmişdir.  

Xatırladaq ki, Sumqayıt hadisələri zamanı Eduard Qriqoryanın rəhbərlik etdiyi cinayətkar dəstə SSRİ və İrəvan rəhbərliyinin göstərişinə uyğun olaraq bir neçə ermənini xüsusi qəddarlıqla qətlə yetirmiş, bununla da Azərbaycanda ermənilərin qətliyama məruz qaldığı görüntüsü yaratmağa çalışmışdır. Məqsəd həm Ermənistan və Qarabağda, həm də bütün SSRİ miqyasında anti-Azərbaycan hərəkatını alovlandırmaq, bütün dünyada ölkəmiz haqqında mənfi fikir formalaşdırmaq idi.

İrəvanın xeyir-duası ilə Sumqayıtda gerçəkləşən cinayətlər “Böyük Ermənistan” xülyasının yalnız region dövlətləri üçün deyil, öz xalqı üçün də ciddi təhlükə mənbəyi olduğunu isbatladı. Azərbaycan XİN-i Ermənistan XİN-nə cavabında məhz bu amilə diqqət çəkməklə İrəvana siyasi müstəvidə daha bir “mat” verdi. İrəvan 37 il öncə “Sumqayıtda basdırdığı mina”ya düşdü və onun Azərbaycanı ləkələmək cəhdi öznün siyasi darmadağını ilə nəticələndi.

Bu fakt bir daha sübut etdi ki, Azərbaycan diplomatiyası öz çevikliyinə və öldürücü gücünə görə Azərbaycan Ordusundan əsla geri qalmır. Diplomatlarımız Silahlı Qüvvələrimizdən fərqli olaraq, 10 Noyabr 2020-ci il bəyanatından sonra da düşmənlə döyüşməkdə, erməni təxribatlarına qarşı mübarizəni uğurla davam etdirməkdədir. Və görünən odur ki, bu mübarizə hələ uzun müddət davam edəcək.

Seymur ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Mart 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri