Icma.az
close
up
RU
XİN nümayəndəsi: Azərbaycan COP29 Sədrliyi çərçivəsində iqlim şəffaflığına xüsusi önəm verir

XİN nümayəndəsi: Azərbaycan COP29 Sədrliyi çərçivəsində iqlim şəffaflığına xüsusi önəm verir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bonn, 18 iyun, AZƏRTAC

“Bu il Paris Sazişinin icrasında mühüm bir mərhələni qeyd edirik. Birinci İkiillik Şəffaflıq Hesabatlarının (BTR) təqdim olunması sadəcə prosedur öhdəliyi deyil – bu, ölçülə bilən, hesabatlı və yoxlanıla bilən iqlim fəaliyyətinə dair ortaq məsuliyyətimizin kollektiv təsdiqidir. Bu səylər qlobal iqlim rejimində qarşılıqlı etimadın formalaşması üçün vacibdir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın COP29 sədrliyinin nümayəndəsi, Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin rəisi v.i.e. Şahin Şahyarov Bonn İqlim Sammitində “Gücləndirilmiş Şəffaflıq Çərçivəsi üzrə Dialoq” mövzusundakı panel sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan COP29 Sədrliyi çərçivəsində iqlim şəffaflığına xüsusi önəm verir.

“Sədrliyimiz çərçivəsində Bakı Qlobal İqlim Şəffaflığı Platforması (BTR) adlı təşəbbüs irəli sürülmüşdür ki, bu platforma tərəflərə – xüsusilə də inkişaf etməkdə olan ölkələrə – BTR-lərin hazırlanması və yekunlaşdırılması prosesində, eləcə də davamlı şəffaflıq səyləri üçün institusional potensialın gücləndirilməsində dəstək göstərməkdə davam edir.

Keçən dövr ərzində BTP çərçivəsində tərəfdaş ölkələr və təşkilatlarla birlikdə Azərbaycan, Toqo, Keniya və Qazaxıstan və digər ölkələrdə bir neçə seminar təşkil olunmuşdur. Bundan əlavə, BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Qlobal İqlim Şəffaflığı Forumu və COP29 zamanı İqlim Şəffaflığı ilə bağlı Nazirlər Səviyyəsində iclas təşkil edilmişdir. Görüşlərdə iqlim şəffaflığı ilə bağlı il əldə olunan nəticələr və Azərbaycanın bu istiqamətdə verdiyi töhfə təqdir olunmuş, iqlim hesabatlılığının əhəmiyyəti bir daha vurğulanmışdır.

Hazırkı tarixə qədər 100-dən çox ölkə BTR-lərini təqdim edib ki, bu da qlobal səviyyədə artan siyasi iradə və öhdəliyin bariz göstəricisidir.

Azərbaycan üçün bu, yalnız liderlik məsələsi deyil, həm də həmrəylik və praktiki dəstəyin ifadəsidir. Biz iqlim şəffaflığını həm milli, həm də qlobal səviyyədə ambisiyanın artırılması, hesabatlılığın təmin olunması və daha düzgün iqlim siyasətləri və tədbirlərinin formalaşdırılması üçün mühüm alət hesab edirik. BTP-nin əməkdaşlıq, texniki təcrübə mübadiləsi və potensialın artırılması sahəsində faydalı platforma olması konteksində Azərbaycan inkişaf etməkdə olan ölkələrin hesabatlılıq sistemlərinin və şəffaflıq çərçivələrinin gücləndirilməsində dəstəyini davam etdirəcəkdir”, - deyə Şahin Şahyarov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see169

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see130

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see128

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see127

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see121

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri