Icma.az
close
up
RU
Azərbaycanın iqlim şəffaflığına verdiyi dəstək COP29 ilə məhdudlaşmayacaq

Azərbaycanın iqlim şəffaflığına verdiyi dəstək COP29 ilə məhdudlaşmayacaq

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 avqust, AZƏRTAC

Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varankın dəvəti ilə qardaş ölkəyə səfər edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Y.Rəfiyev Paris Sazişi üzrə Türkiyənin “İkiillik Şəffaflıq Hesabatı (BTR1) və Doqquzuncu Milli Bəyanat və İkinci İkiillik Şəffaflıq Hesabatının (NC9/BTR2) hazırlanmasına dəstək layihəsi” çərçivəsində Ankarada təşkil olunan seminarın açılışında çıxış edib. O, COP29-da əldə olunmuş tarixi nəticələri vurğulayıb və Paris Sazişi çərçivəsində dövlətlərin təqdim etməli olduqları İkiillik Şəffaflıq Hesabatları mexanizminin uğurla işə düşməsində Azərbaycan Sədrliyinin mühüm rolunu qeyd edib. Nəticədə, artıq 105 dövlətin bu hesabatları təqdim etdiyi, Azərbaycan və Türkiyənin isə ilk təqdim edən ölkələrdən olduğu xüsusi olaraq diqqətə çatdırılıb. O həmçinin bildirib ki, Azərbaycanın iqlim şəffaflığına verdiyi dəstək COP29 ilə məhdudlaşmayacaq. COP Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində elan edilmiş Bakı Şəffaflıq Platforması gələcəkdə də dövlətlərin hesabatları və texniki icmallarının hazırlanmasına beynəlxalq tərəfdaşlarla birlikdə dəstək göstərəcək.

Səfər zamanı Y.Rəfiyev, həmçinin Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank, xarici işlər nazirinin müavinləri Ayşe Berris Ekinci və Nuh Yılmaz, Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə iqlim gündəliyində duran məsələlər, Türkiyənin iqlim dəyişmələri ilə mübarizə tədbirləri, COP30-a hazırlıq və iki ölkənin ortaq prioritetləri, iqtisadi əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət və regional layihələr barədə müzakirələr aparılıb. Xüsusilə BMT və digər təşkilatlar daxilində ortaq fəaliyyətin məmnunluq doğurduğu qeyd olunub və gələcəkdə bu istiqamətdə atılacaq müvafiq addımlar ətrafında fikir mübadiləsi aparılıb. TİKA ilə Azərbaycan İnkişafa Yardım Agentliyi arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Avqust 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri