XİN rəhbəri Zurabişvilini son addımlarına görə ciddi tənqid edib
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
"Ölkə Prezidenti tamamilə nəzarətsiz hərəkət edir, nə qanuna, nə də konstitusiyaya baxır".
24News.ge xəbər verir ki, bunu xarici işlər naziri Maka Boçorişvili Prezident Salome Zurabişvilinin ötən gün yeni parlament seçkilərinin təyin edilməsi ilə bağlı bəyanatına cavabında deyib.
“Onun istəyinin heç bir legitimliyi ola bilməz, şübhəsiz ki, yeni seçkilər üçün heç bir əsas yoxdur, Onun Gürcüstanın maraqlarına zidd olan əməllərinə gəldikdə isə, onun üçün nə konstitusiyanın, qanunun, ümumiyyətlə hər hansı qaydaların əhəmiyyəti yoxdur ”, - deyə Boçorişvili bildirib.
Qeyd edək ki, Salome Zurabişvili dünən Rustaveli prospektində keçirilən etiraz aksiyasında yeni seçkilərin tarixini müəyyən etmək üçün Bidzina İvanişvili ilə görüşməyə hazır olduğunu deyib.
Baxış sayı:66
Bu xəbər 23 Dekabr 2024 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















