Zurabişvilini həbslə hədələdi
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze prezident Salome Zurabişvilini həbslə hədələyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın “Sova” portalı yazıb.
“Zurabişvilinin vəzifəsində bir həftə də qalmayıb. Düzdür, bəzi avropalı siyasətçilər, rəsmilər dekabrın 29-na qədər çox şey ola biləcəyini deyirlər, amma sizi əmin edirəm ki, çox şey olmayacaq. Görək həyatını harada davam etdirəcək, dəmir barmaqlıqlar arxasında yoxsa azad?”- Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, Zurabişvilinin “cinayət məcəlləsinin normalarını pozmamaq üçün kifayət qədər əsasları var”.
Xatırladaq ki, Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da, ölkənin yeni prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi günü başa çatır.
Daha əvvəl də Zurabişvili vəzifəsini tərk etməyəcəyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 22 Dekabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















