XİN rəsmisi: Ermənistanın COP29da iştirak edibetməyəcəyi ilə bağlı bizdə hər hansı məlumat yoxdur
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
COP29 tədbirində iştirakla bağlı Ermənistana dəvət göndərilib və indiyə qədər onların tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı bizdə hər hansı məlumat yoxdur.
"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Ermənistan nümayəndələrinin tədbirdə iştirakı hələlik məlum deyil.
A.Hacızadə Ermənistanın bu tədbirdə iştirak etməyəcəyi təqdirdə nələr itirəcəyinə də münasibət bildirib:
"İqlim dəyişikliyi dünyanı təhdid edən əsas problemlərdən biridir. Təhdidlə mübarizə istiqamətində bir çox ölkələr ciddi müzakirələr aparılır. Əhəmiyyətli müzakirələrə töhfə vermək hər bir üzv dövlətin əsas prioriteti olmalıdır.
Biz Ermənistanın COP29-da iştirak edib-etməməsinə hər hansı şərh vermirik. Çünki müvafiq olaraq dəvət göndərilib, iştirak məsələsi onların öz seçimidir. Şübhəsiz, əhəmiyyətli müzakirədə iştirak hər bir dövlət üçün önəmlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 14 Noyabr 2024 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















