XİN: Səudiyyə Ərəbistanı Fələstin dövlətinin yaradılmasına dəstəyini bir daha təsdiqləyir
Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.
Səudiyyə Ərəbistanı paytaxtı Şərqi Qüdsdə olan müstəqil Fələstin dövlətinin yaradılması üçün səylərini davam etdirəcək.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" krallığın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına istinadən xəbər verir.
XİN vurğulayır ki, krallığın vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salman Al Səud bu mövqeyi əvvəllər 2024-cü ilin sentyabrında doqquzuncu çağırış Şurasının birinci sessiyasının açılışındakı çıxışında birmənalı şəkildə təsdiqləyib.
Nazirlikdən bildirilib ki, krallıq həmçinin Fələstin xalqının qanuni hüquqlarına qarşı hər hansı müdaxiləni qeyd-şərtsiz rədd etdiyini təsdiqləyir.
"Bu gün beynəlxalq ictimaiyyət öz torpağını tərk etmək niyyətində olmayan Fələstin xalqının humanitar əziyyətini yüngülləşdirməyə borcludur. Səudiyyə Ərəbistanı Krallığı vurğulayır ki, bu sarsılmaz mövqe müzakirə və kompromis mövzusu deyil. Fələstin xalqının beynəlxalq qətnamələrə uyğun olaraq qanuni hüquqları təmin edilmədən davamlı və ədalətli sülhə nail olmaq mümkün deyil, bu, həm əvvəlki, həm də indiki ABŞ administrasiyasının diqqətinə çatdırılıb", - bəyanatda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 05 Fevral 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















