Icma.az
close
up
RU
XİNdəki casus... Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR

XİNdəki casus... Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyi dövrdə dövlətə qarşı təxribat xarakterli kampaniyalar aparan Ramiz Vəliyev həbs edilib. Azərbaycanın xarici ölkələrdəki səfirliklərində məsul vəzifələrdə çalışmış Ramiz Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədilmiş əməllərdə şübhəli bilinir.

R.Vəliyev istintaqa ifadələrində artıq hər şeyi etiraf edib və bəlli olub ki, uzun müddət dövlətin səbrinə məhəl qoymadan onun əleyhinə fəaliyyətində heç də tək olmayıb. O və onun kimi bir neçə şəxsdən ibarət olan dəstə əsl detektiv seriallarda olduğu kimi şəbəkə formasında dövlət içərisində dövlətçilik etmək niyyətinə düşmüş təşkilat tərəfindən idarə olunub. Həmin təşkilat şərti olaraq “Ulduz Metrosunun Uşaqları” (UMU) adlandırılıb. Şəbəkə üçün çox mükəmməl təhlükəsizlik parametrləri olan internet resursu yaradılıb və onun ixtiyarına verilib, dövlətə qarşı informasiya təxribatları və istintaqla araşdırılmalı olan diversiyalar törədilib.

R.Vəliyevin fəaliyyəti kuratorları Niyaz və Toğrul adlı şəxslər tərəfindən idarə olunub. Düzdür, iz itirmək üçün Niyaz qısa zamanda işdən azad edilsə də, bu heç də onun və digər kuratorların istintaqdan yayınacağı anlamına gəlməməlidir.

Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsində çalışaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən Ramiz Vəliyev ölkənin maraqlarını qorumaq əvəzinə, “mənəm-mənəmlik” sindromundan əziyyət çəkən bir qurumun rəhbərinin əmrləri ilə öz dövlətinə qarşı işləyib. Şəbəkə xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov xarici ölkələrə səfər edən zaman Bakıdakı kuratorları vasitəsilə təlimatlar alaraq həmin ölkələrin xarici işlər nazirliklərinə, Azərbaycana düşmən kəsilmiş media resurslarına kompromatlar ötürüb, “diktatura” rejimini təmsil edən bu şəxsləri qəbul etməməyə çağırıb. R.Vəliyev XİN sistemində işə bərpa olunduğu üçün onun daxili materiallara çıxışı olub və ətrafına çəkdiyi mütəşəkkil dəstə vasitəsilə bu materialları aidiyyəti ünvanlara ötürüb.

Bu şəbəkənin əsas işlədiyi və məlumat ötürdüyü şəxs Azərbaycan xalqının düşməni olan Rasmus Kanbek (Rasmus Canback) olub. Bu ad Azərbaycan ictimaiyyəti üçün çox şey deməsə də, Qərbdən idarə edilən, xüsusilə erməni diasporu/lobbisi ilə bu və ya digər formada bağlı olan şəbəkənin “xaç atalarından” biridir. Ayrı-ayrı şəxslərin üzərində işləyiblər. Şəbəkə Prezident Administrasiyasını, Müdafiə Nazirliyini, Prezidentin Mühafizə Xidmətini, eyni zamanda bir gün iqtisadiyyat naziri Mikayıl Cabbarovu, daha sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi və digərlərini hədəfə alıb. Göründüyü kimi, həm şəbəkə, həm də onu təşkil edərək istiqamətləndirənlər artıq ifşa olunub. Diplomat necə olub ki, belə bir anti-Azərbaycan şəbəkə formalaşdırır?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov dövlət düşmənləri olan məmurları vaxtında aşkarlayıb ifşa etməyin vacibliyini vurğuladı: “Tarixdə dövlət vəzifəsində çalışan şəxslərin təsirə salınaraq nələrinsə qarşılığında öz ölkəsinə qarşı təxribatlarda iştirak etməsi halları həmişə olub. Bu sırada bizim məmurların da istisna təşkil etməsi mümkün deyil. Belə məmurları seçib vəzifələrə təyin edərkən rəhbərin də qarşısındakı insanın xislətini tam müəyyən edə bilməsi mümkün deyil. Lakin bu durumu bir qədər neytrallaşdıra biləcək işlər görmək mümkündür. Təsadüfi, sınaq yolu keçməmiş adamların vəzifələrə təyin olunmasının qarşısını almaq üçün hər bir sahədə "kadr bankı"nın yaradılması zəruridir. Kadrlar dövlətin taleyini həll edən şəxslərdir.  Şəxsi maraqlarını dövlətin maraqlarından üstün tutan hər kəs bu dövlətin düşmənidir. Belələrini vaxtında aşkarlayıb ifşa etmək gərəkdir".

Keçmiş millət vəkili, siyasi təhlilçi Sona Əliyeva ifşa olunan casusun ləqəbinin onun xislətini açıq şəkildə göstərdiyini qeyd etdi: “Ramiz Vəliyev adlı şəxs hələ 90-cı illərin ortalarından Azərbaycan Xarici İşlər Nazirliyində çalışıb. Maraqlıdır ki, bu şəxsin diplomatlar arasında ləqəbi "Çaqqal" olub. Düşünürəm ki, belə bir şəxsin Azərbaycanın mənafelərinə zərbə vurmasında, ölkəmizin əleyhinə fəaliyyət göstərməsində təəccüblü heç nə yoxdur. Çünki bu adamın ləqəbi onun xislətindən xəbər verir. Görünür, xarici xüsusi xidmət orqanlarının təsir dairəsinə düşüb və psixoloji zəifliyi, xaraktersizliyi və ya əzikliyi onun belə bir addım atmasına gətirib çıxarıb. Livanda səfirlikdə işləmiş Ramiz Vəliyevin əlaqələrinin araşdırılması isə ayrıca bir mövzu olmalıdır. Misirdəki səfirlikdə çalışdığı dövrə gəlincə, həmin müddətdə onun fəaliyyətinin ancaq içki aludəçiliyi ilə yadda qaldığı bildirilir. Saxta yollarla Birinci Qarabağ müharibəsinin qazisi kimi 90-cı illərin sonunda - XİN-in dərəbəylik dövründə bu sistemə qoşulmağa nail olub. Diplomatiya sistemindən bir dəfə uzaqlaşdırılsa da, Ramiz Vəliyev sonradan yenidən bərpa edilərək öz əməllərini davam etdirib. Onun belə bir siyasi keçmişinin olması onu deməyə əsas verir ki, daxildəki müəyyən qaranlıq simalardan dəstək alıb. Hüquq-mühafizə orqanları Ramizin dəstəsini ifşa etməklə kifayətlənməməli, həmin qaranlıq “donorları” da üzə çıxarmalıdır".

"Yeni Müsavat"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 Dekabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see113

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see112

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri