Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Sabiq deputat İqbal Ağazadə çıxışlarının birində cəmiyyətin gələcəyi baxımından həssas məqamlara toxunub və bir sıra mühüm mesajlar verib.
KONKRET.az xəbər verir ki, o, ictimai yerlərdə, xüsusilə restoran, kafe və pablar kimi məkanlarda qəlyan çəkilməsi, eləcə də uşaqların belə mühitlərdə olması ilə bağlı narahatlığını ifadə edib:
“Ana oturub uşağının yanında qəlyan çəkir. Bu uşaqın aqibəti necə olacaq? Bu uşaq hansı nümunəni götürəcək? Bundan danışmaq lazımdır. Mənəviyyatımız məhv olur. Nədən restoranlarda, kafelərdə, pabda bir dənə nəzarət yoxdur? Qadınlar saat 00:00-da körpə uşaqlarla pabda oturub qəlyan çəkir. Hətta qızlar üçün qəlyan pulsuzdur. Nəyi təbliğ edirik? Niyə orada qəlyan çəkilməlidir? Beş manat artıq pul qazanmaqdan ötrü milli-mənəvi dəyərlərin hamısını korlamalıyıq? Niyə bu qanunda tənzimlənmir?”.
Qaynarinfo-nun məlumatına əsasən, Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə sabiq deputatın toxunduğu məsələlərin davamlı olaraq müzakirə edildiyini və bununla bağlı təkliflərin təqdim olunduğunu bildirib.
O, məsələyə yalnız qadınlar kontekstindən yanaşılmasının düzgün olmadığını vurğulayıb:
“Amma bir məqam var-qəlyan çəkən qadınların yanında kişilər olmur? Onları buna təşviq edən kimlərdir? Kişilərdir… Kişilər sevirlər ki, onların yanında oturan qadın qəlyan çəksin”.
Kəmalə Ağazadə İqbal Ağazadənin diqqətinə çatdırıb ki, qadınların zərərli vərdişlərə alışmasında kişilərin də rolu var:
“İqbal bəy, bundan da danışmaq lazımdır. Əgər bu gün mənəviyyatımızın məhv olmasından danışırıqsa, bu gün mənəviyyat təkcə qadınların üzərində olan məsələ deyil. Bu gün ideologiyanın formalaşmasında kişilərin də böyük rolu olmalıdır. Qadını əzərək, tapdalayıb keçərək, onu yeri gələndə zərərli vərdişlərə aludə edən, biganəliyi formalaşdıran, aqressiyanı ona deyil, canına səpən təkcə qadının şüuru deyil. Qadının şüurunu formalaşdıran bir kişi var. Kişi obrazı var, hardadır o? Nə yaxşı çıxıb hamı qadın-qadın deyir, niyə kişi-kişi deyən yoxdur? Hardadır ananı bioloji dünyaya gətirdiyi uşaqla baş-başa qoyan, atalığını belə ona qıymayan atalar? Qəlyanı da verən onlardır. Onun zərərli vərdişini təşviq edən də elə o kişilərdir. Həmin o uşağı da gələcəyə mənəviyyatsız sürükləyən təkcə qadın deyil, həm də kişidir”.
Kəmalə Ağazadənin sözlərinə görə, təbil yalnız bir cins üçün çalınmamalıdır:
“Bütün cinslərə qarşı çalmalıyıq. Qadın gedib təkcə uşağı ilə restoranda oturmur. Onun yanında olan kişilər də var. Buna kompleks yanaşmaq lazımdır. İqbal Ağazadə bir kişi prizmasından yanaşırsa, mən də qadın prizmasından yanaşaraq deyirəm ki, bunu kompleks həll etmək lazımdır. Qadını ortada cinayətkar, əxlaqsız, şüursuz, ədəbsiz, biganə, mədəniyyətsiz formalaşdırmaq cəmiyyət üçün heç də yaxşı mesaj deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 15 Avqust 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















