Icma.az
close
up
RU
Bakıda 53 yaşlı kişi sevgilisinə xəsarət yetirdi

Bakıda 53 yaşlı kişi sevgilisinə xəsarət yetirdi

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Pirallahı rayonunda 53 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun Pirallahı qəsəbəsi, Xəzər yanı küçəsində yerləşən evlərdən birində baş verib. 
Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Məhəmməd yaşadığı evin qonaq otağında və evin həyətində qeyri-rəsmi yaşadığı Zəminə (adlar şərtidir – red.) ilə mübahisə edib. 
Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qadının baş və bədən nahiyəsinə yumruq, təpik zərbəsi ilə qəsdən vurub. 
Hadisəni törədən Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Məhəmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zəminə ilə 4 ildir qeyri-rəsmi ər-arvad kimi yaşayırlar: “Hadisə günü, saat 21.00-da sərxoş vəziyyətdə Zəminənin yaşadığı ünvana getdim. Ac olduğum üçün ondan yemək istədim. Zəminə mənə yemək verdi. Mən yemək yeyəndən sonra Zəminə mənə az içməyimi bildirən zaman aramızda söz mübahisəsi yarandı. Mübahisə zamanı Zəminəni itələdim”.
İş üzrə zərərçəkmiş Zəminənin sözlərinə görə, Məhəmməd ilə 4 ildir bir yerdə qeyri-rəsmi ər-arvad kimi yaşayıb: “Məhəmməd mütəmadi olaraq spirtli içki qəbul edir. Hadisə günü, saat 21.00-da sərxoş vəziyyətdə yaşadığım evə gəldi. Ac olduğunu bildirdi, yemək istədi. Mən bişirdiyim yeməkdən gətirərək onun qarşısına qoydum. Məhəmməd yemək yeyəndən sonra ona spirtli içki içməməsini bildirdim. Məhəmməd əsəbi halda məni söyüb təhqir etdi. Onun evdən çıxarmaq istəyəndə aramızda söz mübahisəsi yarandı. Məhəmməd qonaq otağında məni döydü, təpiklə qarın nahiyəmə vurdu. Mən qaçaraq həyətə çıxdıqda arxamca gəldi. Orada yumruqla baş nahiyəmə vurdu. Saçımdan tutaraq həyətdə sürüyərək məni döydü”.
Pirallahı Rayon Məhkəməsinin hökmü ilə Məhəmməd 5 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Yanvar 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri