Icma.az
close
up
RU
Xırdalanda Lombard 1 mağazasında oğurluq

Xırdalanda Lombard 1 mağazasında oğurluq

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Lombard-1” mağazasında oğurluq hadisəsi baş verib.

Bakıvaxtı.az qaynarinfo-ya istinadən xəbər verir ki, mağazaya daxil olan bir qadın qızıl-zinət əşyalarına baxmaq istədiyini bildirib. Satıcının diqqətinin yayındığı məqamdan istifadə edən həmin şəxs qızıl üzük və qızıl kulonu gizli şəkildə götürərək mağazanı tərk edib. Sonradan oğurlanmış əşyalar başqa bir qızıl mağazasında satılıb.

Bir müddət sonra "Lombard-1” mağazasının sahibi qızıl-zinət əşyalarını yoxlayarkən bəzi əşyaların çatışmadığını müəyyən edib. Təhlükəsizlik kameralarının görüntülərinə baxış zamanı mağazaya gəlmiş qadının rəfdən qızıl əşyaları götürərək oğurladığı məlum olub. Bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.1-ci (Oğurluq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə baxılıb. Məhkəmə baxışı zamanı müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində maddi ehtiyac səbəbindən oğurluq etdiyini, sonradan əməlindən peşman olduğunu bildirib. 

Təqsirləndirilən şəxs zərərçəkmişə vurduğu ziyanın bir hissəsini ödədiyini və qalan məbləğin ödənilməsi ilə bağlı razılıq əldə olunduğunu da qeyd edib. Zərərçəkmiş şəxsin ifadəsinə əsasən, oğurluq nəticəsində "Lombard-1” mağazasına 3480 manat məbləğində maddi ziyan dəyib. Oğurlanmış qızıl-zinət əşyalarının ümumi çəkisi 17 qram olub.

Məhkəmə təqsirləndirilən şəxsə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Bundan başqa, həmin şəxsin əvvəllər başqa bir cinayət işi üzrə də məhkum olunduğu müəyyən edilib. Cinayət Məcəlləsinin tələblərinə uyğun olaraq cəzalar qismən birləşdirilib və ona qəti olaraq 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Həbsdə saxlanıldığı müddət cəzaya hesablandığından təqsirləndirilən şəxsin üzərində qəti olaraq 1 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 İyun 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri