Icma.az
close
up
RU
Xırdalanda tiktoker oyuncaq tapança ilə vətəndaşları qorxutdu Həbs edildi

Xırdalanda tiktoker oyuncaq tapança ilə vətəndaşları qorxutdu Həbs edildi

Oyuncaq tapança ilə Xırdalan şəhərində küçədə vətəndaşları qorxudub, videoya çəkərək "TikTok” sosial şəbəkəsində paylaşan şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 2004-cü il tarixdə Naxçıvan MR, Babək rayonu, Qoşadizə kəndində anadan olmuş Murad adlı tiktoker saxlanılıb. 

Məlum olub ki, o, oyuncaq tapança alaraq zarafat məqsədi ilə Xırdalan şəhərində küçədə vətəndaşları qorxudub və bunu videoya çəkərək "TikTok” sosial şəbəkəsində paylaşıb. 

O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə potokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə təqsirləndirilən şəxs "Murad-85 ” adlı "TikTok” səhifəsində paylaşmaq üçün bu hərəkəti zarafat məqsədi ilə etdiyini deyib. 

Məhkəmənin qərarı ilə Murad 7 gün müddətinə həbs edilib.

Aydın

seeBaxış sayı:102
embedMənbə:https://qaynarinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri