Icma.az
close
up
RU
Xırdalanın “kompas”ı Şəhərə bütün yollar bu at heykəlindən başlayır

Xırdalanın “kompas”ı Şəhərə bütün yollar bu at heykəlindən başlayır

Icma.az bildirir, Bizim media portalına istinadən.

Azərbaycanda bir çox şəhər və qəsəbələrdə, xüsusilə paytaxt Bakı və ətrafında müxtəlif heyvan heykəllərinə rast gəlinir. Bu heykəllərin bəzilərinin maraqlı hekayəsi olur, bəziləri tarixi və simvolik məna daşıyır, bəziləri isə eləcə görüntü üçün qoyulub. 
Xüsusilə at obrazı Azərbaycan mədəniyyətində, ədəbiyyatında həmişə xüsusi əhəmiyyətə malik olub. At igidlik, azadlıq və sədaqət rəmzi kimi qəbul edilir.
Azərbaycan özü də at cinsləri ilə tanınan ölkələrdəndir. 
Eyni zamanda, belə heykəllər şəhərlərin estetik görünüşünü zənginləşdirir, həm yerli sakinlər, həm də turistlər üçün diqqət çəkən təyinat nöqtələrinə çevrilir.  Məsələn bütün Xırdalanın küçə və məhəllərinin şaxələnməsi məşhur at heykəlindən başlayır. “At heykəlinin yanı”, “At heykəlindən sağda (yuxarıda)” və s. kimi bütün şəhər o təyinat nöqtəsindən başlayır.  

Amma bu böyük, zoğalı rəngli pyedestal üzərində qurulmuş, baxıma möhtac atın niyə, nə vaxt qoyulması dəqiq bilinmir. Heykəl rəsmi olaraq sənədləşdirilmiş abidələr siyahısında deyil. 
Həmin ərazidə vaxtilə mədəniyyət mərkəzi olub. 
Hazırda istismara yararsız olan bu uçuq-sökük binanın ətrafı güman ki, keçmişdə gül-çiçəklə, heykəllərlə bəzəldilərək şəhərin görməli yerlərindən biri kimi tanınırmış. 
Başqa bir ehtimalla şəhərin inkişaf mərhələsində, sürətli urbanizasiya dövründə, bu heykəl hündür bir yerdə qoyulub. Ehtimal edilir ki, 2000-ci illərin yaradıcılıq nümunəsidir (üzərində heç bir tarix, müəllif adı yoxdur). Heykəlin qoyulması həm də Xırdalanın inkişaf edən şəhər kimi özünə simvol yaratmaq istəyi ilə bağlıdır. Belə abidələr adətən şəhərin kimliyini vurğulamaq, diqqət cəlb etmək üçün qurulur. 
Ümumiyyətlə at heykəlləri Bakının müxtəlif ərazilərində də var.
Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman-konsert kompleksinin qarşısında da nəhəng, şahə qalxmış at heykəli əzəməti ilə ərazini bəzəyir. Qarabağ atları isə “Ağ şəhər”də göz oxşayır. 
Maraqlıdır ki, heykəllər təkcə atla məhdudlaşmır, digər heyvanlar da bizim heykəltaraşların diqqətindən yayınmayıb. Hövsanda marallar, Qaraçuxurda öküz heykəli, Səngəçalda dəvə (pir kimi ziyarət olunur) və daha neçə-neçə belə heykəllər mövcuddur. 
Heyvan heykəllərinin əslində dərin tarixi var. 
Qədimdə bunda qoçdaşlar deyirdilər. Əsasən, Cənubi Qafqazda, Türkiyədə rast gəlinir. Ərəblərin bu regionda İslamı yaymasından sonra canlı varlıqların təsvirləri yasaq idi. Ancaq IX əsrdən etibarən yerli feodalların müqaviməti nəticəsində zəiflədiyi zaman milli adətlər şəriət qanunlarına üstün gəlməyə başladı. Bu zaman xalq incəsənətində yenidən canlı varlıqların təsvirləri ortaya çıxmağa başladı. 
İlk dəfə 1825-ci ildə Eduard Eyxvald bu cür heykəltəraşlıq əsəri haqqında məlumat verib. Daha sonra isə fransız geoloqu Dyubua de Monpere "Qafqaza səyahət" əsərində bu haqda yazıb. 

Şəfiqə Şəfa, Bizim Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Aprel 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri