Icma.az
close
up
RU
“XIX əsr İrəvan mətbəxi” kitabının təqdimatı keçilirilib FOTOLAR

“XIX əsr İrəvan mətbəxi” kitabının təqdimatı keçilirilib FOTOLAR

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

10.10.2025-ci il tarixində Lənkəranda Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən ərsəyə gətirilən “XIX əsr İrəvan mətbəxi” kitabının təqdimatı keçilirilib.

QHT.az xəbər verir ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən hazırlanan kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilməyə çalışılan Azərbaycanın milli kulinariya incilərinin, yemək və şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir.

Lənkəran Dövlət Universitetində keçirilən təqdimat mərasimində Tahir Əmiraslanov bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərcivəsində ərsəyə gətirilən kitab 208 səhifədən ibarət, nəşrdə 85 mənbədən istifadə etməklə, 1884-cü ildə İrəvanda doğulmuş 1913-1922-ci illərdə İrəvanda yemək və şirniyyat dükanının sahibi usta Əliqulu Zeynalovun əlyazması əsasında bərpa edilmişdir. Nəticədə 97 xörək, şirniyyat, içki növləri haqqında məlumatlar, hazırlanma qaydaları, fotolar, miniatürlər, rəsmlər, dövlət poçt markaları əksini tapıb. Kitabın üz qabığında rəssam Nigar Əliyevanın rəsm əsəri əks olunub. Kitab həm alimlər həm tədqiqatçılar, mədəniyyət işçiləri, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz mənbədir.

“XIX əsr İrəvan mətbəxi” kitabı həm də İrəvandakı Tarixi varlığımızın bir sübutudur. Kitaba ön söz Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Xanım Aygün Əliyeva tərəfindən yazılıb.

Rəyçilər: Texnika Elmlər doktoru, professor, LDU-nun rektorunun müşaviri Mikayıl Məhərrrəmov, AMEA-nın Tarix və Etnologiya İnstitunun “Tarixi Etnalogiya” şöbəsinin müdiri, tarix elmləri doktoru, etnoloq İlhamə Məmmədova və “Qərbi Azərbaycan Tarixi” şöbəsinin rəhbəri t.ü.f.d. dosent Cəbi Bəhrəmovdur.

Tədbirdə çıxış etdilər:

- LDU-nun tədris məsələləri üzrə prorektoru Zaur Məmmədov tədbiri açdı

- Kitabın müəllifi əməkdar mədəniyyət işçisi T.Ü.F.D Tahir Əmiraslanov geniş məruzə ilə çıxış etdi

- AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin direktoru, filalogiya ü.f.d. dosent Mehman Qaraxanoğlu kitabı müsbət dəyərləndirdi, Milli mətbəxlərin tədqiqatlarında dilçiliyin və folklor elementlərinin təhlilinin vacib rol oynadığını söylədi

- LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, t.ü.f.d dosent Kamal Mahmudov kitabın tarixi -siyasi əhəmiyyətini, mənbə kimi vacibliyini söylədi və kitabın tarixi etnoloji təhlilini açıqladı

Tədbirdə bəzi rəsm əsərləri təqdim edilən kitabın səhifələrində yer almış Lənkəranlı rəssam Təhmasib Məcidovun rəsmlərindən ibarət sərgi də qonaqlar üçün böyük maraq kəsb etdi

Tədbirdə 120 nəfər alim, mütəxəsis və tələbə , Regional Mədəniyyət idarəsi də iştirak edirdi. Sonda kitabların imzalanma mərasimi keçirildi. Qaxağıstandan gələn 2 tələbəyə də hədiyyə olaraq kitab təqdim edildi. LDU-nun rəhbərliyinə , tədbirin yüksək səviyyəli təşkilində rolu olan hər bir kəsə AMKA dərin təşəkkürlərini ifadə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Oktyabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri