Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

XIX əsr İrəvan Mətbəxi” kitabının təqdimatı oldu FOTOLAR

XIX əsr İrəvan Mətbəxi” kitabının təqdimatı oldu FOTOLAR

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

20 oktyabr 2025-ci il tarixində Beynəlxalq Kulinariya Günündə Tərtərdə Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “XIX əsr İrəvan Mətbəxi “ qrant layihəsi ilə Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən ərsəyə gətirilən “XIX əsr İrəvan Mətbəxi” kitabının təqdimatı oldu.

"Cebheinfo.az" xəbər verir ki, təqdimat mərasimində alimlər və mütəxəssislər, ictimai xadimlər, Milli Məclisin Deputatları, Qərbi Azərbaycan İcmasının sədri və üzvləri, Hüquq Mühafizə orqanlarının rəhbərləri, rayonun ziyalıları, Qarabağ Regional Məşğulluq Mərkəzinin “Aşpaz” ilk peşə hazırlıq kursun müdavimləri, Tərtər və Bərdə Peşə məktəblərinin müəllim və şagirdləri, ümumilikdə 240 nəfər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edib,önünə gül dəstələri düzüblər.

Sonra təqdimat mərasimi rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib. Mədəniyyət Mərkəzinin foyesində Tərtər rayonu ərazisində məskunlaşmış Qərbi Azərbaycan əhalisinn ahıllarından toplanmış mətbəx  nümunələrin etno- kulinar sərgisi qonaqlarda böyük maraq yaradıb.

Tərtər və Bərdə Peşə Təhsil Mərkəzlərinin şagirlərinin, həmçinin Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzinin Azərbaycan Milli Kulinariya Assosiasiyasındakı “Aşpaz” ilk peşə hazırlıq kursun müdavimlərinin sərgilədikləri kulinariya nümunələri də peşəkarlıqla hazırlanmışdı.

Əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.

Tərtər rayon icra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını salamlayaraq, qonaqlara “Xoş gəlmişsiniz”,-deyib. Qeyd edib ki, Qərbi Azərbaycan mətbəxi əsrlər boyu formalaşan, nəsildən-nəslə ötürülən zəngin irsdir. Bu yeməklər təkcə süfrəmizdə yer alan təamlar deyil, həm də yaddaşımızda yaşayan tarixdir.

Bu gün biz yalnız bir kitabın təqdimatında iştirak etmirik - biz xalq yaddaşının, milli kimliyimizin və mədəni irsimizin mühüm bir hissəsinin yenidən dirçəlişinə şahidlik edirik.

“XIX əsr İrəvan mətbəxi” adlı bu dəyərli əsər təkcə qədim bir bölgənin yeməkləri haqqında deyil, həm də həmin dövrün yaşam tərzi, adət-ənənələri, qonaqpərvərlik mədəniyyəti və mənəvi dəyərləri haqqında dərin bilgilər verir. İrəvan bölgəsi tarix boyu Qərbi Azərbaycanın ən zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur. Orada formalaşan mətbəx məktəbi, yeməklərin bişirilmə üsulları, süfrə mədəniyyəti və yerli məhsullardan yaradılan ləziz təamlar əsrlər boyu xalqımızın ümumi kulinariya xəzinəsinə dəyərli töhfələr verib. Bu əsər, əslində, həm tarix kitabıdır, həm etnoqrafik araşdırmadır, həm də milli mədəniyyətimizin bərpasına yönəlmiş tədqiqatdır.

 Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən hazırlanan kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilməyə çalışılan Azərbaycanın milli kulinariya incilərinin, yemək və şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir.  

Təqdimat mərasimində kitabın müəllifi Azərbaycan Milli Kulinariya Assosiasiyası və türk dünyası mətbəx kültürü elmi və sənədləri birliyinin prezidenti, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov geniş məruzə ilə çıxış edib.O, bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərcivəsində ərsəyə gətirilən kitab 208 səhifədən ibarət nəşrdə 85 mənbədən istifadə etməklə, 1884-cü ildə İrəvanda doğulmuş 1913-1922-ci illərdə İrəvanda yemək və şirniyyat dükanının sahibi usta Əliqulu Zeynalovun əlyazması əsasında bərpa edilmişdir. Nəticədə 97 xörək, şirniyyat, içki növləri haqqında məlumatlar, hazırlanma qaydaları, fotolar, minaturlər, rəsmlər, dövlət poçt markaları əksini tapıb. Kitabın üz qabığı rəssam Nigar Əliyevanındır. Kitab həm alimlər həm tədqiqatçılar, mədəniyyət işçiləri, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz mənbədir.

“XIX Əsr İrəvan Mətbəxi” kitabı həm də İrəvandakı  tarixi varlığımızın bir sübutudur.

 Kitaba ön söz Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Xanım Aygün Əliyeva tərəfindən yazılıb.

Rəyçilər: Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Milli Məclisin deputatı Əziz Ələkbərli, kitabın həmmüəllifi, AMEA-nın Gəncə bölməsinin elmi işçisi Aynurə Əmiraslanova, Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi və Ekspertizası kafedrasının müdiri professor Əhəd Nəbiyev, Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi Fakültəsinin dekanı dosent Mehman İsmayılov, Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi və Ekspertizası kafedrasının dosenti Mərdan Tağıyev, Azərbaycan Texnologiya Universitetinin Turizm Sənayesinin təşkili kafedrasının baş müəllimi Füzuli Musayev, Gəncə Dövlət Universitetinin Tarix üzrə fəlsəfə doktoru, entoqraf Nurlana Həmzəyeva, Milli Məclisin Deputatı Sahib Alıyev çıxış ediblər.

Rəsmiyyə Allahverdiyevanın sədrliyi ilə peşəkar münsif heyətinin qərarı ilə bir qrup sərgi iştirakçısı sertifikatlarla mükafatlandırılıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see336

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see328

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see325

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see315

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see276

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see265

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see262

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see258

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see253

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see250

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see228

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see227

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see219

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see213

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see210

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see208

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see195

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see193

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see185

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri