Icma.az
close
up
RU
XIX əsr İrəvan Mətbəxi kitabının təqdimatı olub FOTOLAR

XIX əsr İrəvan Mətbəxi kitabının təqdimatı olub FOTOLAR

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

15. 10.2025-ci il tarixində Bakıda "Xanədan" etno-restoranında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "XIX əsr İrəvan Mətbəxi" Qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən ərsəyə gətirilən Agentliyinin "XIX əsr İrəvan Mətbəxi" kitabının təqdimatı olub.

QHT.az xəbər verir ki, tədbirdə kitabın müəllifi, Əməkdar Mədəniyyət işçisi, t.ü.f.d Tahir Əmiraslanov, AMEA-nın Tarix və Etnologiya İnstitunun “Tarixi Etnologiya” şöbəsinin müdiri, tarix elmləri doktoru, etnoloq İlhamə Məmmədova, tarix və Etnologiya İnstitutunun “QərbiAzərbaycanTarixi” şöbəsinin rəhbəri t.ü.f.d. dosent Cəbi Bəhrəmov, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva, sənətşünaslıq üzrə elmlər doktoru, AMK-nın professoru Abbas qulu Nəcəfzadə, QHT Əməkdaşlıq Alyansı, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Səbinə Həciyeva və Mərkəzin müəllimləri Rəsmiyyə Allahverdiyeva və Leyla Rəhimli, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, QHT Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni, rəssam Nigar Əliyeva, Hüseynova Elmira və digərləri çıxış etdilər.

Tədbir həm də 20 Okyabr beynəlxalq Kulinariya gününə həsr edilmişdi . Tədbirdə 150 nəfərə qədər alim, mütəxəssis və tələbə, ictimai xadimləri iştirak etdilər.

Tədbirdə Dövlət Məşğulluq Agenliyinin Azərbaycan Milli Kulinariya Assosiasiyasındakı aşpazlıq və qənnadıçılıq kurslarının müdavimləri və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin

şagirdləri İrəvan mətbəxinə aid yemək və şirniyyatları sərgiləmişdilər. Onlar sertifikatlarla təltif edildilər. Sonda kitabların imzalanma və paylanma mərasimi keçirildi.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən hazırlanan kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilməyə çalışılan Azərbaycanın milli kulinariya incilərinin, yemək və şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir. Kitab 208 səhifədən ibarət nəşrdə 85 mənbədən istifadə etməklə, 1884-cü ildə İrəvanda doğulmuş 1913-1922-ci illərdə İrəvanda yemək və şirniyyat dükanının sahibi usta Əliqulu Zeynalovun əlyazması əsasında bərpa edilmişdir. Nəticədə 97 xörək, şirniyyat, içki növləri haqqında məlumatlar, hazırlanma qaydaları, fotolar, miniaturlar, rəsmlər, dövlət poçt markaları əksini tapıb. Kitabın üz qabığı rəssam Nigar Əliyevanındır. Kitab həm alimlər, həm tədqiqatçılar, mədəniyyət işçiləri, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz mənbədir. “XIX əsr İrəvan Mətbəxi” kitabı həm də İrəvandakı tarixi varlığımızın bir sübutudur.

Kitaba ön söz Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Xanım Əliyeva tərəfindən yazılıb.

Rəyçilər: Texnika Elmlər doktoru, professor, LDU-nun rektorunun müşaviri Mikayıl Məhərrrəmov, AMEA-nınTarix və Etnologiya İnstitunun “Tarixi Etnologiya” şöbəsinin müdiri, tarixi elmləri doktoru, etnoloq İlhamə Məmmədova və “Qərbi Azərbaycan Tarixi” şöbəsinin rəhbəri,t.ü.f.d. dosent Cəbi Bəhrəmov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Oktyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri