Icma.az
close
up
RU
Xızıda səyyar tibbi xidmət təşkil olunacaq

Xızıda səyyar tibbi xidmət təşkil olunacaq

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Xızı rayonunda səyyar tibbi xidmət həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsi kimi TƏBİB-in tabeliyindəki Xızı Rayon Mərkəzi Xəstəxanasının həkimləri və tibbi personalının iştirakı ilə periodik olaraq rayonun Altıağac, Baxışlı, Giləzi, Ağdərə kimi kəndlərinin böyük və uşaq əhalisinin müayinələri təşkil olunacaq.
Bu məqsədlə yeni alınmış 2 ədəd xüsusi təchizatlı təcili tibbi yardım avtomobili ayrılıb və komplektləşdirilib.
Avtomobillər zəruri cihaz və avadanlıqlarla, eləcə də dərman preparatları ilə dəstləşdirilib. Pasiyentin vəziyyətinə nəzarət və reanimasiya tədbirləri üçün avtomobillər kardiomonitor, defibrilyator, elektrokardioqraf (EKQ), mobil süni tənəffüs cihazı, perfuziya və infuziya cihazları ilə də təchiz olunub.
Eyni zamanda diaqnostik müayinə və ilkin qiymətləndirmə üçün stetoskop, otoskop, oftalmoskop, spirometr də təmin olunub.
Əlavə olaraq, görüntüləmə və dərin müayinə üçün mobil USM, mobil EXO və rəqəmsal DR sistemli mobil rentgen aparatı da mövcuddur.
Səyyar tibbi xidmət avtomobillərinin təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə də imkan verir və dağlıq relyefdə, eləcə də yolsuzluq şəraitində tibbi briqadanın rahat və təhlükəsiz hərəkətini təmin edir.
Səyyar briqadaların tərkibinə Xızı Rayon Mərkəzi Xəstəxanasının və ailə sağlamlıq mərkəzlərinin pediatr, nevropatoloq, ginekoloq və terapevtləri daxil olacaq.
Səyyar tibbi aksiyaların əsas məqsədi ucqar yaşayış məntəqələrində yaşayan vətəndaşlara keyfiyyətli tibbi xidmətin yerindəcə göstərilməsi, erkən diaqnostika və preventiv tədbirlərin gücləndirilməsidir.
Bu təşəbbüs regionlarda ilkin səhiyyə xidmətlərinin daha da inkişaf etdirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 İyul 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri