Icma.az
close
up
RU
Xocalı həyatının yeni dövrünü yaşayır

Xocalı həyatının yeni dövrünü yaşayır

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

XX əsrin sonunda Azərbaycan xalqının üzləşdiyi ən dəhşətli faciələrdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verdi. Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində törədilmiş kütləvi qırğın təkcə hərbi əməliyyat deyil, mülki əhaliyə qarşı planlı və amansız zorakılıq aktı kimi tarixə düşdü. Xocalı şəhəri strateji baxımdan mühüm əhəmiyyətə malik idi.1992-ci ilin fevralında şəhər tam mühasirəyə alınmış, elektrik enerjisi və ərzaq təminatı kəsilmişdi.Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. XX əsrin sonunda baş vermiş bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Faciə günü Xocalı şəhərini tərk edən əhali ermənilər tərəfindən pusquya salınaraq qətlə yetirildi və girov götürüldü. Amansız hücum başladıqdan sonra Xocalıda qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdi. Əsasən qadın və uşaqlardan ibarət əhalinin bir hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla 613 nəfər öldürüldü. 8 ailə tamamilə məhv edildi. 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi. 487 insan əlil oldu, 1275 insan əsir götürüldü. 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub. 150 nəfərin taleyi barədə indiyə kimi heç bir məlumat yoxdur. Bu rəqəmlər təkcə statistika deyil, hər biri bir insan taleyi, yarımçıq qalmış ömür, dağılmış ailə deməkdir. Azərbaycan dövləti Xocalı hadisələrini soyqırımı kimi qiymətləndirir və bu faciənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərir. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən hadisələrə siyasi-hüquqi qiymət verilməsi istiqamətində mühüm addımlar atıldı və Azərbaycan Milli Məclisi Xocalı soyqırımı haqqında xüsusi qərar qəbul etdi. Sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirildi. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bir sıra ölkələrin parlamentləri və ABŞ-ın müxtəlif ştatları bu faciəni soyqırımı və ya kütləvi qətliam kimi tanıyıblar. Xocalı hadisələri beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin – xüsusilə mülki əhalinin qorunması ilə bağlı müddəaların kobud şəkildə pozulması kimi qiymətləndirilir. Qadınların, uşaqların və qocaların hədəfə alınması, əsirlərlə qeyri-insani rəftar faktları müharibə cinayətləri kateqoriyasına daxildir. Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb. Hər il 26 fevral ölkəmizdə və xaricdə anım tədbirləri keçirilir, şəhidlərin xatirəsi dərin ehtiramla yad olunur. 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş Qələbədən sonra Xocalı həqiqətlərinin beynəlxalq müstəvidə daha geniş səsləndirilməsi üçün yeni imkanlar yaranıb. Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə qarşı törədilmiş ağır cinayətdir. Xocalı şəhidlərinin xatirəsi daim yaşayacaq və ədalət tələbi beynəlxalq hüququn gündəmində qalacaq. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi erməni vəhşiliyinin təqdimatında öz sözünü dedi. Döyüş meydanında Azərbaycan əsgərinin qarşısında aciz qalan Ermənistan silahlı qüvvələri hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda yerləşən yaşayış məntəqələrimizi raket atəşinə tutdu. Nəticədə aralarında uşaqların, qadınların da olduğu dinc sakinlər həlak oldu. Gəncəyə, Bərdəyə, Tərtərə və digər yaşayış məntəqələrimizə atılan raketlər erməni faşizminin nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gündə Zəfər tarixini yazdı. Torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları nəticəsində suverenliyimiz tam bərpa edildi, Azərbaycanın həyatında yeni dövr başladı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaltdı. Azərbaycan bu Zəfərləri ilə yeni reallıqlar yaratdı. Hazırda bu reallıqlar əsasında azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparılır, eyni zamanda, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan sülh gündəliyinin müəllifi kimi diqqətdədir. Bu gün işğaldan azad edilmiş bütün ərazilərimiz o cümlədən Xocalı həyatının yeni dövrünü yaşayır. Səyyad Mirzəyev YAP Ağdam rayon təşkilatının əməkdaşı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Fevral 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see367

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see337

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see317

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see310

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see301

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see299

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see290

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see249

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see243

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see234

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see233

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see231

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see228

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see225

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see223

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see219

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see218

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see216

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see204

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri