Icma.az
close
up
RU
Xocalı quruculuq mərhələsini yaşayır

Xocalı quruculuq mərhələsini yaşayır

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar. Tarixi saxtalaşdırmaqla özlərinə saxta tarix yazan ermənilər dünyanı öz yalanlarına inandırmağa az da olsa müvəffəq olsalar da bu əsassız təbliğatın ömrünün heç zaman uzun olmayacağının fərqində idilər. Təbliğat real faktlara, tarixi həqiqətlərə söykənəndə inandırıcı və uzun ömürlü olur. Azərbaycanın diplomatik uğurlarının davamlılığında təbliğatın real həqiqətlərə söykənməsi əhəmiyyətli rol oynayır. 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında tarixi Zəfərimizdə diplomatik uğurlarımız öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev həmin ərəfədə 30-dan artıq xarici mətbuata müsahibəsində Azərbaycan həqiqətlərini əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırdı. Ermənilərin əsassız torpaq iddialarının, məkirli niyyətlərinin hansı faciələrə yol açdığı çoxəsrlik tariximizin faciəli səhifələrində öz əksini tapıb. Bu səhifələri vərəqləmək, indiki və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı baş verdi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olub. Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində bunu təsdiqləyən bütün məqamlar açıqlanıb.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-ın 20-dən çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası da uğurlu nəticələrini verir. 2008-ci ildə start verilən kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. “Xocalıya ədalət” kampaniyasının strateji məqsədləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi; Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana görə tam olaraq kompensasiyanın ödənilməsi; müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması; Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması və Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi; sağ qalmış ailələrə dəstək göstərilməsi və bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır.
Azərbaycan xalqı 44 günlük İkinci Qarabağ müharibəsində bir daha yenilməz, məğrur xalq olduğunu təsdiqlədi. 44 günün hər günü tariximizə zəfər səhifəsi kimi yazıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun dünya hərb tarixinə yazdığı yeni səhifə bu gün də geniş müzakirə edilir, Qələbəmizi şərtləndirən amillər sırasında Vətən, torpaq sevgisi xüsusi vurğulanır. Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə xarici mətbuata çoxsaylı müsahibələrinin hər birində Qarabağ məsələsinin bizim üçün milli qürur məsələsi olduğunu bəyan etdi.
Tarixi Zəfərimiz milli kimliyimizi, qürurumuzu özümüzə qaytardı. Qürurla qeyd edirik ki, şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının qisasını aldıq. Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin sentyabr ayında Silahlı Qüvvələrimizin keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Bu gün işğaldan azad edilən bütün torpaqlarımızda, o cümlədən Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Xocalı quruculuq mərhələsini yaşayır. 2024-cü il tariximizə Xocalı sakinlərinin doğma yurd-yuvalarına qayıdışı ili kimi yazıldı.

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Fevral 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri