Icma.az
close
up
RU
Xocalı qatili Ohanyan həbs edilir? deputat toxunulmazlığı ləğv olundu...

Xocalı qatili Ohanyan həbs edilir? deputat toxunulmazlığı ləğv olundu...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paşinyan kilsə nümayəndələrini təhqir etdi: azğın, antimilli və dövlət əleyhinə olan antixristlər...

Ermənistanda bir müddətdir davam edən gərginlik yeni mərhələyə qədəm qoyub. Baş verənlərin ardından emosiyaların zəifləyəcəyi düşünülsə də, baş nazir Nikol Paşinyan yenidən kilsə ilə bağlı sosial şəbəkə statusu yazıb. Bu dəfə daha ağır və sərt ifadələrdən istifadə edən Paşinyan bildirib ki, kilsə hazırda antixristian, əxlaqsız, milli maraqlara və dövlətçiliyə qarşı çıxan bir qrupun nəzarətindədir. Paşinyan qeyd edib ki, Erməni Apostol Kilsəsinin bu qruplardan azad olunmasına şəxsən rəhbərlik etməyi planlaşdırır. “Əsas məsələ bu müddət ərzində aydın oldu: İsa Məsih ilə Nersisyan, Qalstyan, Ajapaxyan və digərlərinin təlimlərinin heç bir əlaqəsinin olmaması. İsa Məsihin Evi azğın, antimilli və dövlət əleyhinə olan antixristlər tərəfindən tutulub və o, azad edilməlidir. Bu azadlığa özüm rəhbərlik edəcəm”.

Arxiyepiskop cavab verdi...

Arxiyepiskop Mikael Ajapaxyan isə Paşinyanın statusuna cavab verib. “Bu gün səhər xüsusi göstərişlə barəmdə qanunsuz cinayət təqibi başladan (adını çəkmərəm) bütün ermənilərin katolikosuna, mənə və arxiyepiskop Baqrat Qalstanyana qarşı növbəti yalan və böhtan xarakterli bəyanatla çıxış edib. Bu məsələ ilə bağlı yalnız bir şeyi deyim: mənim dərin əminliyimə görə, arxiyepiskop Baqrat Qalstanyan heç bir terror qruplaşması yaratmayıb. Ona görə də mən olmayan bir şeyi dəstəkləyə və ya iştirak edə bilmərəm. “Başa düşürsən, sən, ......? (hər kəs öz mülahizəsinə görə əlavə edə bilər),” arxiyepiskop qeyd etdi.

Karapetyanın ofisindən 37 sənəd götürülüb

Samvel Karapetyana məxsus “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi haqqında qanun layihəsinin qəbulunun ardından Ermənistan hüquq-mühafizə orqanları dünən səhər saatlarında “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin inzibati binasında xüsusi əməliyyat həyata keçiriblər. Şirkətin nümayəndəsi Natalya Saracyan hadisə ilə bağlı açıqlama verərək bildirib ki, əməkdaşlar hələ işə başlamamışdan əvvəl hüquq-mühafizə əməkdaşları binaya daxil olub və giriş-çıxışa nəzarət ediblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan Elektrik Şəbəkələrinin (ENA) ofisini tərk etdikdən sonra İdarə Heyətinin sədri Narek Karapetyan jurnalistlərə bildirib ki, istintaq zamanı onun ofisindən 37 sənəd götürülüb. “Onlar nə istəsələr deyə bilərlər - aydındır ki, əvvəlcədən planlaşdırılmış prosesi başlatmağa çalışırlar. Amma hələ də düzgün mövqe tuta bilməyiblər. Bu gün Ermənistanda heç kim həbsdən qorxmur. Nə qədər istəsələr, həbs etsinlər. İndi Ermənistanda dəmir barmaqlıqlar arxasında qalmaq cəza deyil, şərəfdir”, - o vurğulayıb.

Geniş əməliyyat başlayır...

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin İqtisadi Cinayətlər və Qaçaqmalçılıq üzrə Baş İdarəsi xüsusilə külli miqdarda dələduzluq, çirkli pulların yuyulması və xüsusilə külli miqdarda vergidən yayınma faktları ilə bağlı cinayət işini araşdırır. İstintaq Komitəsinin məlumatına görə, bu əməllər uydurma əsaslar yaratmaqla bir sıra şirkətlərin fəaliyyətini faktiki idarə edən şəxslər tərəfindən törədilib. İlkin istintaqın bir hissəsi olaraq 11 nəfər barəsində cinayət işi başlanıb. Onlardan 5-i barəsində həbs qətimkan tədbiri seçilib, 1 nəfərin tərk etməmə ilə bağlı yazılı öhdəliyi alınıb. 1 nəfərin həbsi ilə bağlı axtarış elan edilib, həmçinin 4 nəfər barəsində axtarış elan edilib. İstintaq qrupu istintaqı maraqlandıran 51 ünvanda eyni vaxtda axtarışlar aparıb.

“168.am” saytının etibarlı məlumatına görə, Eçmiədzin kilsəsində də irimiqyaslı araşdırmalara başlanacaq. Bu araşdırmada iştirak etmək üçün prosesə 100-dən çox müstəntiq səfərbər edilib. Nəşrin məlumatına görə, toplanan 100-dən çox müstəntiq toplaşmanın məqsədi barədə dəqiq izahat verməyib, çox güman ki, informasiya sızmasından ehtiyatlanıblar. İrimiqyaslı aksiyaların katolikosun iqamətgahı ilə yanaşı, Erməni Apostol Kilsəsinin ayrı-ayrı yepiskoplarının iqamətgahlarında keçirilməsi gözlənilir. Nəşr onu da ehtimal edir ki, “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin ofisində və Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın evində aparılan axtarışlar diqqəti yayındırma xarakteri daşıya bilər.

Parlamentdə növbəti dava...

Hakimiyyətlə kilsə arasındakı ziddiyyətlər isə artıq siyasi dairələr arasında da uçurumu dərinləşdirib. Belə ki, parlamentin “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan və fraksiyanın katibi Artsvik Minasyan deputat toxunulmazlığından məhrum ediliblər. Onlara qarşı cinayət işi başlanılıb. Dünən isə parlamentdə müxalifət bloku “Ermənistan”ın deputatı Artur Sarkisyanın çıxışından sonra gərginlik yaranıb və dava düşüb. Hakim “Vətəndaş sazişi” fraksiyasının deputatları və onların köməkçiləri Sarkisyana hücum etməyə çalışıblar. “Hayastan” blokundan deputat Kristine Vardanyanın sözlərinə görə, zalda vəziyyət nəzarətdən çıxıb, qarşıdurmaya hakim partiyanın köməkçiləri də qoşulub və Sarkisyana fiziki təzyiq göstərməyə cəhd ediblər.

Çıxışında Sarkisyan özünə qarşı irəli sürülən ittihamları “yalan” və “siyasi təqib” adlandırıb. O bildirib ki, Ermənistan hakimiyyəti demokratik prinsipləri pozaraq, günahsızlıq prezumpsiyasını belə tapdalayır və onu terrorizmdə ittiham edir: “Demokratik ölkələrdə baş prokuror parlamentə gəlir, amma qərarın verilməsinə təminat olmadığını başa düşür. Biz isə görünməmiş bir ‘demokratiya qalasında’, əslində isə diktatura qalasında yaşayırıq. Burada hər şey əvvəlcədən həll edilib, yazılıb, təsdiqlənib”.

Çıxışından sonra deputat zalı tərk edə bilməyib - zalda başlayan dava və hakim fraksiya üzvlərinin hücumları buna imkan verməyib.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 İyul 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri