Xocalı qurbanlarının ağrısı hələ də qəlbimizdədir Türkiyə XİN
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bundan tam 33 il əvvəl Xocalıda qətlə yetirilən günahsız azərbaycanlı qardaşlarımızın əziz xatirəsini rəhmət və ehtiramla anır, Can Azərbaycanın acısını qəlbimizdə daşıyırıq.
Metbuat.az xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı mətbuata açıqlamasında yer alıb.
“1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində günahsız mülki şəxslərə qarşı törədilmiş qətliamı lənətləyirik. Xocalıda qətlə yetirilən 613 qardaşımızın, yaralananların, əsir götürülən və itkin düşən bütün azərbaycanlıların ağrısı hələ də qəlbimizdədir.
Xocalı qətliamında həyatını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığımızı bir daha bildiririk”, - deyə Türkiyə XİN-in açıqlamasında qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 26 Fevral 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















