Icma.az
close
up
RU
Xocalı sakini: Yoldaşım və altı əmisi oğlu əsir düşdü, indiyə qədər xəbər yoxdur

Xocalı sakini: Yoldaşım və altı əmisi oğlu əsir düşdü, indiyə qədər xəbər yoxdur

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. Səkkiz ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana harayı" adlı abidə ucaldılıb.

Bu faciə nəticəsində öz ailə üzvlərini və həyat yoldaşını itirənlərdən biri də Almaz Famil qızı Məmmədovadır.

Xocalı faciəsindən ürək yanğısı ilə danışan Almaz Məmmədova Oxu.Az-a müsahibəsində Qarabağdan küskün olduğunu söyləyib.

O qeyd edib ki, Qarabağın adı kimi taleyi də qara gəlib.

- Xocalı faciəsindən bəhs edə bilərsinizmi? Hadisələr necə cərəyan etdi?

- Mən dekabrın 31-i Xocalıdan çıxıb, Ağdama, oradan Bərdəyə, Bərdədən isə Bakıya gəlmişəm. Özüm öncə çıxsam da, atam, anam, qardaşım Xocalı faciəsi baş verən günü çıxıblar. Yoldaşım - Rövşən Həsənov mənə o vaxt demişdi ki, uşaqları götür çıx. Gün gələcək, ana balanı atıb öz canını qurtarmağa çalışacaq. Elə necə demişdisə, elə də oldu (ah çəkir...).

- Yoldaşınız bəs faciənin olacağını öncədən necə öyrənmişdi?

- Mənim yoldaşım hərbçi idi. Xocalı faciəsi olmamışdan öncə yoldaşımın xəbəri olmuşdu deyə, mənə dedi ki, uşaqları götür çıx. Mən getmək istəmirdim. Onu tək qoyub gəlmək çətin idi. Amma o təkid edirdi ki, çıx, gün gələcək, övladını atıb qaçmalı olacaqsan. Mən Xocalıdan çıxanda qızım Nigar hələ balaca idi. Digər qızım Natəvan və oğlum Rəvan Bakı Slavyan Universitetində oxuyurdular deyə dekabrın 21-i onlar Bakıya gəldilər. On gün sonra da mən və Nigar çıxdıq. Yoldaşım Xocalı faciəsində insanların xilas olması üçün çox köməklik göstərib. 200 nəfərin rayondan çıxarılmasına yardım edib. Qadınları, uşaqları tək qoymayıb.

Mühasirədə olub, sonradan qayıdıb gələnlər mənə deyirdilər ki, Rövşəni düşmən tərəfi əl-əl axtarırdı. Onun atdığı pulemyot atəşindən sonra düşmən tərəfdən kimlərsə ölüb, ona görə Rövşəni axtarırmışlar. Hərbçi yoldaşları deyirmiş ki, "Rövşən gəl qaçaq", Rövşən qaçmayıb. Yoldaşımın bacısı Xuraman, onun iki oğlu, qardaşım Nicat yanında olub. Nicata deyib ki, "anangil getsə, bilərəm ki, mənə nəsə olsa, ailəmi saxlayacaq kimsə olacaq, yiyəsiz qalmayacaq".

Elə olub ki, o, uşaqları, qadınları götürüb çıxarmaq istəyəndə mühasirəyə düşüb, əsir götürülüb. Mühasirədən çıxıb canını xilas edənlər olsa da, yoldaşım və altı əmisi oğlu da daxil, ümumi 13 nəfər əsir düşüb. Onların indiyə qədər nə öldüyü, nə də yaşadığı barədə məlumat yoxdur.

Mənə deyirdilər ki, onlar əsir düşəndə yoldaşıma çox əziyyət veriblər, onun qollarına kəsici alətlərlə xəsarətlər yetiriblər. Kimisinə işgəncə veriblər, kimisini güllələyib silos quyusuna atıblar. O qədər əziyyətlər verilib ki, çığırtıları göyə qalxırmış.

Yoldaşımın ölümündən sonra Ulu öndər Heydər Əliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif etdi. Rövşən həmişə Xocalı, Əsgəran yolunda bayraq asdırırdı, erməni gəlib keçəndə görürdü. Elə gətirdi ki, o bayraq özünə qismət oldu...

- Yoldaşınızdan bəhs edəndə gözünüz dolur. Sevərək evlənmişdiniz?

- Rövşən beş bacının tək qardaşı idi. Biz bir-birimizi çox sevirdik. Ailəsi onun mənimlə evlənməsinə razı deyildi. Amma yoldaşım həmişə deyirdi ki, mən onu atmaram, bizi ancaq ölüm ayırar. O, məni heç vaxt atmadı. Biz ayrı düşsək də, mən də onu heç vaxt atmadım. Bir an belə onu unutmamışam. Hər dəfə elə bilirəm ki, yoldaşım məni çağırır, səsi qulağımda, gözüm isə onun yolundadır. Onun məndə üç yadigarı var. Onlar mənə yoldaşımı yaşadır.

- Ananız, atanız və qardaşınız faciə baş verən günü gəliblər. Onlar şahid olduqları hadisə barədə nəsə danışırdı?

- Onlar həmin gün meşə ilə gəliblər. Meşədə yolu tanıyanlar qaçıb canını qurtara bilib, yolu tanımayanlar elə düşmənin qurbanına çevrilib. Dayım Vaqif Şükür oğlu Məmmədov, yoldaşı Afilə, üç oğlu - Azər, Ceyhun, Niyaməddin - hamısı Xocalı faciəsinin qurbanı olub. Anam deyirdi ki, elə bir vəziyyət yaranmışdı ki, hamı öz canını düşünürdü, bircə canını qaçıb qurtarmaq istəyirdi. O, meşədə qaçanda Niyaməddinin yanında olduğunu söyləyirdi, amma atışma olanda o yox olub, itib. Onlardan sonra xəbər ala bilməyiblər. Xocalıda çox çətin günlər yaşanıb.

- Xocalı işğaldan azad olunandan sonra heç oraya getmisiniz?

- Mən özüm ürək edib, hələ də Xocalıya gedə bilməmişəm. Elə bilirəm ki, onların çığırtısı, naləsi hələ də oradan getməyib. Yaxın adamlardan gedənlər olub. Evlərimiz yoxdur, dağılıb. Gedənlər deyir ki, sanki əvvəlki Xocalı yoxdur, tamam ayrı yerdir. Elə gözəl, mənzərəli yer idi ki, Xocalı dörd tərəfi dağlar ilə əhatəli idi. İndi sanki kiçilib, çayın yolu dəyişib. Qəbiristanlıqlar dağıdılıb. Sinəmizə dağ çəkiblər, bala, çətindir (ah çəkir...).

O qədər çətin dərddir ki, mən heç zaman Xocalını unuda bilmirəm. Qarabağdan küşmüşəm. Adına baxın bir, "Qara"dır. Adı kimi taleyi də qara gəldi Qarabağın. Elə gözəl oğullar həlak oldu...

Səkkiz ailə tamamilə həlak olub, bu, dəhşətdir. Dayımın ailəsi itkin düşdü, bir tikəsi belə əlimizə gəlib çatmayıb. Mən Xocalıda həlak olanların hamısını qəhrəman adlandırıram.

- Xocalı işğaldan azad olunandan sonra heç oraya getmisiniz?

- Mən özüm ürək edib, hələ də Xocalıya gedə bilməmişəm. Elə bilirəm ki, onların çığırtısı, naləsi hələ də oradan getməyib. Yaxın adamlardan gedənlər olub. Evlərimiz yoxdur, dağılıb. Gedənlər deyir ki, sanki əvvəlki Xocalı yoxdur, tamam ayrı yerdir. Elə gözəl, mənzərəli yer idi ki, Xocalı dörd tərəfi dağlar ilə əhatəli idi. İndi sanki kiçilib, çayın yolu dəyişib. Qəbiristanlıqlar dağıdılıb. Sinəmizə dağ çəkiblər, bala, çətindir (ah çəkir...).

O qədər çətin dərddir ki, mən heç zaman Xocalını unuda bilmirəm. Qarabağdan küşmüşəm. Adına baxın bir, "Qara"dır. Adı kimi taleyi də qara gəldi Qarabağın. Elə gözəl oğullar həlak oldu...

Səkkiz ailə tamamilə həlak olub, bu, dəhşətdir. Dayımın ailəsi itkin düşdü, bir tikəsi belə əlimizə gəlib çatmayıb. Mən Xocalıda həlak olanların hamısını qəhrəman adlandırıram.

Şəhərdən gələnlər Xocalıda dəhşətə gəlirdi. Nə olsun ki, cah-calal olsa da, hər tərəfdə atışma gedirdi. Bir də görürdün, atəş səsləri ucalırdı, o vaxt qaçıb zirzəmilərdə gizlənirdik. Bizə deyirdilər, siz burada necə yaşayırsınız?

Anam artıq vəfat edib. İnanırsınız, Xocalıdan torpaq gətirmişdilər, o torpağı onun məzarı üzərinə tökdük, yerində nərgiz gülü çıxıb.

- Xocalıda tapılan insan sümükləri arasında həyat yoldaşınız Rövşənin olub-olmaması barədə məlumat almaq üçün DNT analizi vermisiniz?

- Hospitalda məndən də, uşaqlardan da ağız suyu və qandan analiz üçün nümunələr götürdülər. Analizi iki-üç aydır vermişik. Hər Xocalıda insan sümüyü aşkarlananda biz stres keçiririk, dəhşətə gəlirik, faciəni yenidən yaşayırıq. O anı ancaq arsız insanlar unuda bilər. Xəbərlər çıxanda tez-tez baxırıq, bəlkə tapılan sümüklər arasında bizim yaxınlar da olar deyə... Gözü yolda qalmaq çox pis şeydir.

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Fevral 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri