Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Xocalı sakini: Mən 12 yaşıma qədər xoşbəxt idim…

Xocalı sakini: Mən 12 yaşıma qədər xoşbəxt idim…

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mən 12 yaşıma qədər xoşbəxt idim. Balaca qızcığazın arzuları, ümidləri bir gecədə məhv oldu…

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu şəhid Milli Qəhrəman “Mixaylo” ləqəbli mayor Tofiq Hüseynovun qızı, Xocalı sakini Yasəmən Həsənova deyib.

Erməni cəlladlarının 33 il öncə törətdiyi qətliam zamanı hər iki valideynini itirən uşaqlardan biri olan Yasəmən Həsənova AZƏRTAC-ın müxbiri ilə söhbətinə belə davam edib: “Ermənilərin bizə qarşı aqressiyası Xocalı faciəsindən bir müddət əvvəl başlamışdı. Xocalı gecələr atəşə tutulurdu. Ona görə də biz gündüzlər evdə olur, gecələr zirzəmidə qalırdıq. Atam Xocalıda batalyon komandiri idi, postda növbə çəkirdi. Hadisə günü zirzəmidə idik. Anam atamın maşınının səsini eşidib zirzəmidən çıxdı. Ondan sonra anamdan xəbər ala bilmədik. Faciədən 16 il sonra anamın şəklini gördüm. Vəhşicəsinə qətlə yetirilmişdi. Rusiyalı jurnalist çəkmişdi, ermənilər öz genosidi kimi təqdim etmək istəyirdilər. Görün nə qədər həyasız millətdir ki, özlərinin törətdiyi qətliama biz onlara qarşı edibmiş kimi don geyindirməyə çalışırdılar.

Mən, bacım və qardaşım qohumlarımızın köməyi sayəsində çətinliklə xilas olsaq da, o gecə valideynlərimizi itirdik. Bizim sevincimiz, şad-xürrəm günlərimiz bir gecədə torpağa basdırıldı. 33 il əvvəl o məşum gecədə, həmçinin nənə, baba, xalamızı, onun iki övladını və bir əmimizi şəhid verdik. Bir gecədə hər iki valideynini itirmək 12 yaşlı bir qızcığaz üçün çox çətin idi. Biz öz uşaqlığımızı da Xocalıda qoyub gəldik, bir gecədə böyüdük…

Bizə əmim və onun həyat yoldaşı himayədarlıq etdi. Özlərinin üç övladı var idi, bizimlə yanaşı, digər əmimin də övladlarına həyan oldular. Nə baş verən hadisələri qəbir evinə kimi unuda bilərik, nə də əmim və onun həyat yoldaşının bizə öz övladları kimi sahiblənməsinin borcunu ödəyə bilərik.

Atamın nəşini 1992-ci il martın 19-da gecə gətirdilər. Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində dəfn olunacaqdı. Lakin atamın batalyonunda döyüşmüş Familə Fərmanqızı onun Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunması təşəbbüsünü irəli sürdü. Atam Bakıda dəfn olundu. Mən onun məzarından məzarı olmayan bütün əzizlərimin təsəllisini alıram.

Bu illər ərzində mən bir suala cavab tapa bilmədim: bizim günahımız nə idi? Axı ermənilərə pisliyimiz dəyməmişdi. Onlara mərhəmət göstərmiş, çörəyimizi-suyumuzu bölmüşdük. Nə qədər nanəcib, nankor olasan ki, sənə qucaq açan millətə qarşı bu cür vəhşilik edəsən…”

Y.Həsənova üçün bəşər övladının başına gələn ən dəhşətli faciədən danışmaq olduqca çətin idi. Səsinin titrəməsi, 33 il əvvəli yenidən gözləri önündə canlandırması… “12 yaşımda elə travma almışam ki, nəinki unutdum, xəstəlik də tapdım. Hələ də fişəng səsi gələndə təşvişə düşürəm. Bir də onkoloji xəstəlikdən əziyyət çəkirəm. Amma mübarizə aparıram, mən doğma Xocalımı gedib görməliyəm. Anamın-atamın ruhu məni orada gözləyir”.

44 günlük Vətən müharibəsindən sonra illərdir sönən həyat eşqinin canlandığını dilə gətirən Xocalı sakini deyib ki, ən böyük arzusu anasının, əzizlərinin nəşinin tapılması və torpağa tapşırılmasıdır: “44 günlük Vətən müharibəsində, 24 saatlıq antiterror tədbirlərində Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Xocalının qisasını aldı. Şəhidlərimizin qanı yerdə qalmadı. Bu, o məşəqqəti yaşayan Xocalı sakinləri üçün böyük təsəllidir. Soyqrımda əli olan qaniçənlərin bir qisminin məhkəmə qarşısına çıxarılması isə illərdən bəri sızlayan yaramıza məlhəm oldu. Əminəm ki, həmin qətliamda iştirak edən hər kəs tapılaraq cəzalandırılacaq. Xocalının yenidən canlanması, sakinlərin yavaş-yavaş dönməsi isə möcüzə olsa da reallaşır. Bəlkə də hər şey əvvəlki kimi olmayacaq, amma biz Xocalının toy-büsatlı günlərini yenidən bərpa edəcəyik. Bu, bizim şəhidlərimizə olan vəfa borcumuzdur.

Mənim üçün ən böyük ümid anamın nəşinin tapılacağının mümkünlüyüdür. Əhdim var, həmin gün qurban kəsəcəyəm. İnanıram ki, vədimi yerinə yetirməyə Uca Tanrı imkan verəcək. Atam Xocalıda hərbi hazırlıq müəllimi işləyirdi. Çox istəyirəm ki, adı təhsil aldığı, işlədiyi məktəbə verilsin. Mən atamla fəxr edirəm.

Özüm ibtidai sinif müəllimiyəm. Bu illər ərzində həm övladlarımı, həm də şagirdlərimi vətənpərvərlik ruhunda böyütdüm, xalqımızın başına gətirilən faciələri öyrətdim. Düşünürəm ki, milli ruhda böyüyən uşaqlar bizə torpaqlarımızı qaytardılar. Atamın və digər şəhidlərimizin qisasını qiyamətə qoymayan qəhrəmanlarla qürur duyur, onlara minnətdarlığımı ifadə edirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Fevral 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri