Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Atam və qardaşlarımın başını erməni məzarının üzərində kəsiblər əsir götürülən Xocalı sakini!

Atam və qardaşlarımın başını erməni məzarının üzərində kəsiblər əsir götürülən Xocalı sakini!

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müzəffər prezidentimiz cənab İlham Əliyevin apardığı düzgün siyasəti və onun dəmir yumruğunun zərrəsi olan qeyrətli vətən oğullarının sayəsində döyüş meydanında düşməndən başımıza gətirdikləri bütün müsibətlərin qisasını aldıq. Onların sayəsində biz alnımızın Qarabağ adlı ləkəsini silə bildik. Qalib sərkərdəmizin Xocalıda bayrağımızı sancması, ucaltması, həm də əyilmiş qəddimizi, başımızı dikəldi. Xocalı adı gələndə daha Azərbaycan oğlu utanmır, başını yerə əymir. Elə Mürvət Məmmədov kimi:  Onu bir çoxumuz yaxşı tanıyırıq. Hələ illər əvvəl Çingiz Mustafayevin çəkdiyi kadrlardan o gecə Xocalıda yaşadıqları müsibətləri necə təmkinlə danışmasının şahidi olmuşduq.

Xocalı dəhşətini, eyni zamanda da zəfərimizı yaşamısınız. Bu zəfəri yaşayacağımıza ümid edirdinizmi? 

Soyqırımın bilavasitə göstərişcisi və iştirakçısı olan, türk qanına susayan o cəlladların bu gün Bakıda istintaq təcridxanasında saxlanılmaları, və qanun qarşısında cavab vermələri sizə o günlərin acısına bir az da olsa təsəlli verirmi? 

Moderator.az- ın suallarını atasını və iki qardaşını erməni vəhşiliyi nəticəsində itirmiş Xocalı sakini cavablandırıb.

 M.Məmmədov o günləri belə xatırlayır:

"Xocalıya gələn sonuncu vertolyot vurulandan sonra, hər yer ilə hava əlaqəmiz tamamilə kəsildi. Xocalı əhalisi işıqsız, sussuz, ərzaqsız şəraitdə düşmənin atəşi altında çətinliklə yaşayırdı. Buna baxmayaraq, heç kim şəhəri tərk etmirdi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə isə, atışma heç səngimədi. Atam Məmməd, qardaşım Söhbət və Möhlət də Xocalıdakı könüllü bataliyonlara qoşularaq, postlarda keşik çəkirdilər. Ermənilər evimizi hər tərəfdən mühasirəyə almışdılar. Həmin gecə isə atamgil evdə idi, postda yaralanan döyüşçüləri  həkimə gətirmişdi.

Gücümüz bərabər olmasa da, atam və qardaşlarım da onlara qarşılıq verirdilər, atamın mərmisi bitdikdən sonra ermənilər evə əl qumbarası atdılar. Evə düşən qumbara anamı kürəyindən, atamı qolundan, məni isə ayağımdan yaraladı. Bizi tərki silah edib, bir otağa yığdılar. Biz Xocalılar hər cür işgəncələrə qatlaşdıq, heç birimiz düşmənə boyun əymədik. 

Heç vaxt yadımdan çıxmaz, həmin gün qardaşımın ad günü idi, ermənilər bunu bildilər, Ona dedilər ki, silah versək atarsan? Qardaşım da hə dedi:  Silahın lüləyini qardaşımın əlinin içinə qoyub, atəş açdılar. Dedilər ki, bu sənə bizdən ömürlük bir ad günü hədiyyəsidir. Bundan sonra nə silah tut, nə də qələm. Ardınca qaynayan qəfədanı qardaşımın yarasının üzərindən tökdülər. Anam yaralı olmasına baxmayaraq, girovluqda özünü bizə sipər edərək, qorumağa çalışırdı".

Xocalılar 6 gun Əsgəran polis şöbəsində ermənilər tərəfindən insanlığa sığmayan işgəncələrə məruz qalırlar:

"6 gündən sonra isə girov saxlanıldığımız otağın qapısını açdılar. Bizi təpikləyərək çölə çıxardılar. Oradakı Erməni sakinləri əllərinə daş və başqa nə tapsalar götürüb, bizi vurmağa başladılar. 

Daha sonra bizi avtobusa mindirib, Ağdamla- Əsgəran arasındakı sərhəddə gətirdilər. Şəhidimiz, milli qəhrəman Allahverdi Bağırov 80 nəfər  azərbaycanlı yaralı əsirləri ermənilər tərəfindən muzdla döyüşən qaradərilinin meyidi ilə dəyişdirdi. Həmin 80 nəfər yaralı azərbaycanlının 5 nəfəri isə mənim ailə üzvüm idi. Sonra Ağdam rayon xəstəxanasına gətirildik. Ermənilər həmin xəstəxanaya da raket atdılar. Cərrahiyyə əməliyyatında idim, otaqda olanlar hərəsi bir yana qaçdı. Xocalıdan sonra Qobustanın Mərəzə qəsəbəsinə pənah gətirdik. Oranın mehriban, gülərüz insanları var. Ora da mənə doğmadır, əzizdir. Amma ən böyük arzum tezliklə Xocalıma qayıdıb, orada yaşamaqdır. 

Uzun illər isə atam və qardaşlarımın taleyindən xəbərsiz olmuşuq. İllər sonra, 2009-cu ildə H.Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə sənədli film çəkildi. Həmin o filmdə Xocalı şahidlərinin verdiyi müsahibələrdən bizə məlum oldu ki, ata və qardaşlarımın başını erməni məzarı üzərində kəsiblər". 

Mürvət Məmmədov qeyd edir ki, bir müddət öncə anam ilə əsir götürüldüyümüz evimizə və girov saxlanıldığımız polis şöbəsinə getdik:

"Polis şöbəsinə getməzdən əvvəl Allahverdi Bağırovun məzarını ziyarət edib , şəhidlərimizin ruhuna dualar oxuduq. Bu ziyarət bizim üçün vəfa borcu idi. 

Həmin polis şöbəsində başımıza müsibətlər gətirilmişdi. Ziyarət zamanı anamın səhhəti pisləşdi, məlum oldu ki, elə orada da infarkt keçirib. 

İllər əvvəl işgəncə gördüyümüz, şəhidlərimizin qanı ilə sulanan müqəddəs torpağımıza yenidən ayaq basmaq qürurvericidir. İllərdir həsrəti ilə böyüdüyüm Xocalının dağına, düzünə, meşələrinə baxdım. Biz heç zaman ümidsiz olmamışıq. Çünki hər zaman Ali Baş Komandanımıza, qüdrətli Azərbaycan ordusuna guvənmişik. Bilirdik ki, bu qisas qiyamətə qalmayacaq. Elə də oldu. Bu gün mən də ədalət məhkəməsində H. Arturyanın və digər cinayətkarların gözünə dik baxaraq, bu vəhşiliyin, törədilən cinayətlərin səbəbini soruşa bilirəm. Suallarıma verilən cavab isə yalnızca cəfəngiyatdan ibarətdir...

 Daha şəhidlərimizin də, Xocalının da qısası alındı.

 Bunun üçün qalib sərkərdəmizə, şəhidlərimizə, qazilərimizə, igid Azərbaycan ordusununa minnətdarıq".

  Pərvin Şakirqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Fevral 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see477

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see377

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see338

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see292

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see289

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see284

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri