Icma.az
close
up
RU
Xocalı soyqırımı: Bəşəriyyətə qarşı ən ağır cinayət

Xocalı soyqırımı: Bəşəriyyətə qarşı ən ağır cinayət

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Xocalı faciəsi insanlıq tarixinin ən qanlı səhifələrindən biridir. 

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi bu dəhşətli qətliam miqyasına və amansızlığına görə Holokost soyqırımı ilə müqayisə olunur və təkcə bir xalqa deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi qiymətləndirilir. 

“Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan xalqının üzləşdiyi ən dəhşətli faciələrdən biri - Birinci Qarabağ müharibəsi zamanı törədilmiş Xocalı soyqırımının ildönümünə yaxınlaşırıq. 

O qeyd edib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir: 

“Tarix boyu baş vermiş böyük qırğınlarla müqayisə etdikdə bu faciə həm onu törədənlərin məsuliyyəti, həm də Ermənistanın təcavüzkar siyasətinin doğurduğu ağır nəticələr baxımından xüsusi amansızlığı ilə seçilir. 

Biz burada nəyin şahidi olduq? XX əsrin sonunda, iki dünya müharibəsinin dəhşətlərini yaşamış bəşəriyyət artıq belə faciələrin bir daha təkrarlanmayacağını düşünürdü. Holokostun bənzərinin yenidən yaşanmayacağına inanılırdı. 

Lakin Xocalıda erməni silahlı birləşmələri tərəfindən dinc əhaliyə qarşı amansız qətliam törədildi və insanlıq növbəti dəfə böyük bir sınaqla üz-üzə qaldı. Bu soyqırımı heç vaxt yaddaşımızdan silinməyəcək. Şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə yaşadacaq, onların ruhunu ehtiramla anacağıq”. 

Deputatın sözlərinə görə, hazırda soyqırımı qurbanlarının əziz xatirəsini alnıaçıq, vicdanı təmiz şəkildə yad edirik: 

“44 günlük Vətən müharibəsinə və 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərinə qədər ürəyimizdə böyük bir nisgil, dərin bir məyusluq vardı. Bu gün isə Xocalı soyqırımının ildönümünü məhz Xocalı şəhərində qeyd edirik. 

Bu, tarixi ədalətin bərpasının ən böyük göstəricilərindən biridir. Xocalıda şəhid olan insanların qanı yerdə qalmadı. Azərbaycan Ordusu, əsgər və zabitlərimiz Ali Baş Komandanın rəhbərliyi altında qarşıya qoyulan tarixi missiyanı şərəflə yerinə yetirdi və bu sınaqdan üzüağ çıxdı. İnanırıq ki, bundan sonra bu kimi cinayətlər bir daha təkrarlanmayacaq. 

Ancaq reallıq budur ki, dövlət olaraq da, ordu olaraq da daim güclü olmalıyıq. Çünki yerləşdiyimiz regionda və dünyada baş verən proseslər, beynəlxalq hüququn bəzən işləmədiyi bir dövrə, zəmanəyə gəlib çatmışıq ki, müstəqilliyimizi, suverenliyimizi və vətəndaşlarımızın təhlükəsizliyini ilk növbədə özümüz təmin etməliyik. Liderimizə ordumuza güvənməliyik”. 

Tural Gəncəliyev vurğulayıb ki, Azərbaycan qisasını alıb, amma bununla yanaşı müdrikliyini də qoruyub saxlauıb: 

“Xocalı soyqırımının qisasını alan şəhidlərimizin, əsgərlərimizin, qazilərimizin və ümumilikdə müharibədə iştirak edən hər bir insanın gözündəki o qığılcım düşməni lərzəyə gətirdi. 

Biz bir nəfər belə mülki şəxsə, əhaliyə qarşı silah çevirmədik. Buna görə dünya erməniçiliyi və Ermənistanın havadarları bundan nəticə çıxarmalı, etdiklərinə baxıb heç olmasa utanmalı və peşman olmalıdırlar. 

Baxmayaraq ki, revanşist və radikal qüvvələrdən bunu gözləmək lazım deyil. Amma dünya bir daha gördü ki, Azərbaycan öz müdrik və mərhəmətli siyasətinə sadiq qaldı. 

Ordumuz düşmənin hərbi gücünü sarsıtdı, onun hərbi sistemini darmadağın etdi, lakin dinc insanlara qarşı bir güllə belə atılmadı. Bu, bizim böyüklüyümüzün, gücümüzün və qüdrətimizin ən parlaq göstəricisi idi. 

Xocalı soyqırımı qurbanlarına Allah rəhmət eləsin. Onların ruhu şad olsun! Qoy bu tarix Azərbaycan dövlətinə xor baxanlara və soyqırımı törədənlərə bir daha dərs olsun ki, belə cinayətlərin təkrarı onlara baha başa gələ bilər”. 

O əlavə edib ki, Xocalı soyqırımı ilə yanaşı, 34 il əvvəl Malıbəyli və Quşçular kəndlərində törədilmiş qətliamları da xatırlayırıq: 

“Həmin dövrdə Ermənistanın məqsədi dinc əhaliyə qarşı vəhşilik törətməklə Azərbaycanı qorxutmaq, cəmiyyətdə mənəvi xaos yaratmaq, insanları ruhdan salmaq idi. Lakin biz tam əksinin şahidi olduq. 

44 günlük Vətən müharibəsi zamanı bütün Azərbaycan ayağa qalxdı. Hər kəs döyüşmək, ordu sıralarına yazılmaq istəyirdi. Kiçik yaşlılardan tutmuş ahıl insanlara qədər hamı Vətənin müdafiəsi üçün əlindən gələni etməyə hazır idi. Bunun əvəzində Ermənistanda ordudan yayınanlar, qaçıb canını qurtarmağa çalışanlar, minlərlə fərari… Bu, işğalçı siyasətin iflasının göstəricisi idi. 

Çünki Ermənistan və işğalçı qüvvəsi bilirdi ki, Xocalıda, Malıbəylidə, Quşçularda törədilən cinayətlərin hesabını gec-tez ödəməli olacaqlar. Buna görə də qaçıb canlarını qurtatmaq istəyirdilər. 

Bu, həm Ermənistan üçün, həm də onun revanşist qüvvələri və havadarları üçün ciddi dərs olmalıdır. Yeni bir səhv onlar üçün çox baha başa gələ bilər”.

 Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Xocalı soyqırımı Tural Gəncəliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Fevral 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri