Icma.az
close
up
RU
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir

Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən dəhşətli faciə kimi yaddaşlara həkk olan və Azərbaycan tarixinin dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Separatçı ermənilər havadarlarının köməyi və dəstəyi ilə Xankəndi şəhərində yerləşmiş Sovet hərbi bazasının texnikasından istifadə edərək həmin gecə azərbaycanlılar yaşayan Xocalı şəhərini yerlə yeksan edərək insanlığa sığmayan vəhşilik törətdilər.

Qocalara, uşaqlara, qadınlara və əliyalın insanlara məhəl qoymadan qarşılarına çıxan hər kəsi azərbaycanlı olduğuna görə məhv etdilər. Bu əsl soyqırım aktıdır və BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A(III) saylı qətnaməsinin tələblərinə tam uyğundur. Bu soyqırım nəticəsində rəsmi məlumata görə Xocalı şəhərinin 613 nəfər sakini öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Həmin gecə 487 insan şikəst olub, 1275 nəfər əsir götürülüb, 150 nəfərin isə taleyindən hələ də xəbər yoxdur. 56 nəfər ermənilərə xas olan xüsusi amansızlıq və qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarnını süngü ilə yararaq öldürüblər. Bir çox ailələr tamam məhv olmuş, xeyli sayda uşaqlar bir və ya hər iki valideynini itirmişdir. Onu da qeyd etmək lazımdır ki, bu dəhşətli hadisənin törədilməsində əli olan ermənilər yazdıqları kitablarda bütün bu və digər faktları açıq-aydın göstərməklə soyqırım törətdiklərini etiraf edir və bununla fəxr etdiklərini bildirirlər.

Xocalı soyqırımının baş verməsindən bir neçə gün sonra dünyanın tanınmış mətbu orqanları – Krua ıEveneman jurnalı(Paris), “Sandi Tayms” (London), “İzvestiya”(Moskva) və digər xarici qəzet və jurnallar erməni vəhşiliklərini açıq şəkildə göstərərək bunların azərbaycanlıların təbliğatı deyil, reallıq olduğunu qeyd etmişlər.
Azərbaycan dövləti və xalqımız Xocalıda törədilən bu vəhşiliyi heç vaxt unutmur və onu bütün dünyaya tanıtmaq üçün daim geniş miqyaslı tədbirlər həyata keçirir. İlk öncə onu qeyd etmək lazımdır ki, “Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” – deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş və Prezidentin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Xocalı soyqırımının bütün dünyada tanıdılması üçün 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və müəllifliyi ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına başlanmışdır. Bu kampaniya və həyata keçirilən digər tədbirlər nəticəsində 17-dən çox ölkənin qanunverici orqanları, habelə ABŞ-nin 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Eyni zamanda 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının(İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edilmişdir. Hazırda bu istqamətdə tədbirlər davam etdirilir.
Ermənilərin bu vəhşiliklərinə baxmayaraq Azərbaycan xalqı respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün Ali Baş Komandan, Prezidenti İlham Əliyev cənablarının ətrafında sıx birləşərək 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük müharibədə və 2023-cü ilin noyabr ayında bir günlük antiterror əməliyyatında öz istəyinə nail oldu. Hazırda işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işləri aparılır və bu bölgəyə Böyük qayıdış başlayıb. Xocalı şəhəri də yenidən qurulur və artıq onlarla ailə Azərbaycanımızın ən gözəl guşəsi olan bu şəhərdə məskunlaşmışdır və proses davam edir.
Çox obyektiv reallıqdır ki, Xocalı soyqırımının və xalqımıza qarşı törədilən bir çox cinayətlərin təşkilatçıları və rəhbərləri də “yaddan çıxmamış”, İlham Əliyev cənablarının apardığı çox uğurlu siyasət nəticəsində onlar həbs olunaraq Bakıya gətiriliblər. Hazırda bu insanlığa sığmayan vəhşilikləri törədənlərin məhkəməsi gedir və ümid edirik ki, onlar özlərinin layiqli cəzalarını alacaqlar. Eyni zamanda inanırıq ki, xalqımız öz Ali Baş komandanı və Prezidenti İlham Əliyevin rəhbərliyi altında Dəmir yumruğun həmişə yerində olduğunu daim nümayiş etdirəcək və xoş gələcəyimizə doğru inamla irəliləyəcəkdir.

Eldar İbrahimov
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin İntizam komissiyasının sədri,
professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri