Icma.az
close
up
RU
Xocalı soyqırımı erməni millətçiliyinin bəşəri cinayəti

Xocalı soyqırımı erməni millətçiliyinin bəşəri cinayəti

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xocalı qətliamı adi bir insan qırğını deyildi. Bəşəriyyət əleyhinə qanlı cinayət aksiyası kimi yaddaşlara hopmuş bu kütləvi soyqırımı Ermənistanın millətçi hakimiyyətinin xalqımıza qarşı etnik təmizləmə siyasətinin növbəti amansız vəhşiliyi idi. Azərbaycanın milli genefondunu Yer üzündən silinməyə hesablanmış irqçi ümumerməni proqramının tərkib hissəsi olan Xocalı soyqırımı 20-ci əsrin faciəsi kimi insanlığı dəhşətə gətirən Holokostun davamı olaraq xüsusi qəddarlıq və nifrətlə həyata keçirilmişdi.

Əsrin əvvəllərində faşist ideologiyasının banisi Hitlerlə başlamış milli qırğın törətmək cinayətini əsrin sonunda Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və digər quldurlar gözlərini qırpmadan təkrarladılar. Günahsız insanların kütləvi qırğınını insanlıq hissini itirmiş Zori Balayanlar quduz bir təntənə ilə tarixi qəhrəmanlıq kimi qarşıladılar. Səlibçi siyasətin  hökmranlığı altında uyuyan dünya isə bu dəhşətdən diksinmədi. Bu qətliam necə oldu ki, belə rahatlıqla, müqavimətsiz baş tutdu?

Xocalıya hücüm gözlənilirdi. Məkrli düşmənin planı Azərbaycan rəhbərliyinə də məlum idi. Amma daxildəki hakimiyyət davası gözləri yumdu, zəkaları korşaltdı və heç bir müdafiə tədbirləri görülmədi. Azərbaycanın ovaxtkı rəhbərlərinin məsuliyyətsizliyi, səriştəsizliyi, fəaliyyətsizliyi milli qürurumuzu ləkələyən faciənin törədilməsinin qarşısını almadı. Sakinləri barbarlıqla qətlə yetirilən Xocalı göz baxa-baxa oda qalandı, işğal olundu. 

Düşmən qanımızı içir, Bakıda isə kreslo davası gedirdi. Kim bilir, Ümummilli lider Heydər Əliyev siyasətə qayıtmasaydı, daha nələr yaşanacaqdı, təqvimdə matəm günlərinin sayı nə qədər çoxalacaqdı. Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər. Hegelin bu dahiyanə qənaəti müstəqilliyinə yenicə qovuşmuş Azərbaycan xalqının o zamankı taleyini eynilə əks etdirirdi.
Ölkə rəhbərliyi o günlərdə sürətlə süquta uğrayırdı, respublika faciələrə doğru gedirdi. Xilaskarımız Heydər Əliyev siyasi səhnədən kənarlaşdırılmışdı. Bunun nəticəsi kimi xalqımız milli məşəqqət yaşadı. 20 Yanvar qırğınının ardınca Xocalıda baş verənlər müasir tariximizin növbəti ağrılı və qara səhifəsi oldu. Tükürpədici statistika damarlarda qanı dondurur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qaniçənləri Rusiyanın 366-cı motoatıcı alayının hərbi iştirakı ilə Xocalıya hücum edərək günahsız insanları xüsusi qəddarlıqla gülləboran etdi. Dinc əhaliyə qarşı bu silahlı basqın zamanı 613 Xocalı sakini qətlə yetirildi, bundan da artıq insan yaralanaraq şikəst oldu. Əsir götürülənlərdən 150 nəfərinin taleyi hələ də məlum deyil. 

Xalqımıza qarşı bu amansız qətliamda iştirak edən erməni yazıçısı Zori Balayanın "Ruhumuzun dirçəlişi" adlı qanla yazılmış cızmaqarasında Xocalıda törətdilən soyqırımı haqqında deyilənlər də görünməmiş bir mənəvi cinayətdir: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum…” Budur quduzlaşmış erməni mənəviyyatı. İnsanlıq əleyhinə misilsiz cinayəti erməni quldur ordusunun başıpozuq hərbçisi ilə bir sırada onun həkimi, yazıçısı olan Zori Balayan da törədib. “Zavallı”, “başıbəlalı” erməni xalqının əsl siması göz önündədir.

Yazıçı xalqın sifəti, güzgüsüdür. Bu güzgü tarixi torpaqlarımızda özlərinə dövlət qurmuş erməni toplumunun vəhşiliyini aydın göstərir. Feyerbax yazıçılar insanlığın vicdanıdır deyirdi. Bəs görəsən, həkimliyi buraxıb yazıçılıq edən qatil Zori Balayan hansı vicdanın sahibidir? 
Mülki əhaliyə qarşı vəhşicəsinə törədilmiş cinayət Xocalı şəhərini Yer üzündən sildi. Xocalıda sosial-məişət obyektləri, fərdi yaşayış binaları, məktəblər, mədəniyyət evlərimiz və tarix-diyarşünaslıq muzeyi məhv olundu. Şəhərdə zəngin mədəniyyətimiz və qədim tariximizin nişanəsi olan türbələr, günbəzlər, məzarlar yerlə-yeksan edildi. Xocalı XX əsrin şəhid şəhəri oldu. 

Xocalı dəhşətinin dünyada tanıdılması yalnız Ulu öndər Heydər Əliyev fəlakətin son anında xalqın iradəsi ilə hakimiyyətə qayıdandan sonra gerçəkləşdi. Bu soyqırımını bütün bəşəriyyətə qarşı tarixi bir cinayət adlandıran Ümummilli lider Xocalı həqiqətlərinin dünyada tanıdılmasında misilsiz xidmətlər göstərdi. Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis  Xocalı soyqırımı günü haqqında qərar qəbul etdi. Sonrakı dövrdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsinin tanıdılması davamlı kampaniya şəklində aparıldı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə başlamış “Xocalıya ədalət”  maarifləndirmə hərəkatı beynəlxalq miqyas alaraq dünyanı heyrətə gətirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi olaraq dünyaya iri planda təqdim edildi. 

Xocalı işğal altında olduğu 31 ildə xalq olaraq başımız aşağı idi. Düşmən isə hesab edirdi ki, bu işğal əbədi olacaq. Amma yanıldılar. 44 günlük Vətən savaşından və ardınca 24 saatlıq antiterror əməliyyatından sonra bu ləkə xalqımızın alnından birdəfəlik silindi. Şərəfli ordumuz səlibçi dünyanın qabağa verib xalqımızın üstünə qaldırdığı hərbi xuntanı darmadağın edərək tarixin zibilliyinə atdı. Xocalı soyqırımının da, digər qırğınların da əvəzi şərəflə alındı. Erməni quldur toplumu qələbəsini dinc əhalini qırmaqda görsə də, Azərbaycan Ordusu 1 nəfər də silahsız erməniyə xətər yetirmədi, milli qisasımız Azərbaycan kişisinə yaraşan ləyaqətlə alındı.  Ali Baş Komandan İlham Əliyevin yartdığı qüdrətili “Dəmir yumruq” çağdaş erməni vandalizmini Yer üzündən sildi. 

Milli birliyimiz “Dağlarda toy”un eyforiyasında olan separatçıların müsibəti ilə nəticələndi və fiziki olduğu kimi  “dincələn ruhları” da məhv, pərən-pərən oldu. Bu gün Xocalıda şəhid qardaşlarımızın müqəddəs ruhları şaddır. Burada dalğalanan Azərbaycan bayrağı dünyaya ədalətin təntənəsini nümayiş etdirir. Müqəddəs Vətən bütöv və qüdrətli, Baş Sərkərdəsi ilə tam təhlükəsizdir! 

Millətin ruhunun dirçəlişi budur!

Rəşad Mahmudov,
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Fevral 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri